26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bizim Anar

Jurnalistikamızın “qızıl oğlan”ının 35 yaşına
 

Jurnalistikaya gələndə cəmi 16 yaşı varmış...

O, bu göstəriciyə görə Azərbaycan idman mətbuatının tarixinə düşmüş ən gənc kadrlardandır.

1999-ci ilin əvvəlləri imiş. “Futbol+” qəzetinə iş üçün müsabiqəyə gəlib və idman mediasının bir çox istedadlı nümayəndəsinin ustadı olan Mahir Rüstəmlinin imtahanından bacarıqla çıxa bilib. Mahir deyir çox iddialı gəlmişdi, ona görə də elə hər sahədə sınadıq. Qəzetdə gah müxbir olub, gah fotoqraf. Yaxşı yazıları, müsahibələri var Anarın, tarixi bir şəkil də çəkib. Heyf, internetdə nə qədər axtarsam da, tapa bilmədim. Amma gərək ki, “Futbol+”in arxivində qalar. Söhbət Zaur Tağızadənin 1999-cu ildə Portuqaliya ilə oyunda Vitor Bayanın ayaqları arasından keçirdiyi qolu əsl fotoqraflara xas tərzdə “tutmasından” gedir.

İdman jurnalistikamız üçün unikal insandır. Bir gün jurnalist ola bilər, başqa bir gün iş adamı. Səsi bir səhər Bakıdan gələ bilər, elə həmin günü axşam isə Moskvadan. Futbolu və jurnalistikanı dəlicəsinə də yox, manyakcasına sevir desəm, yanılmaram. Yoxsa normalda heç kim yaşadığı Moskvadan neçə minsə kilometr qət edib Enshedəyə (Hollandiyada bir şəhər) getməzdi ki... Vaqif Cavadovdan müsahibə alsın!

Amma dərinə gədəndə, görürsən ki, Anar bunları təkcə jurnalistikaya görə də yox, bir az pafoslu səsləndə də, vətəninə, Azərbaycana bağlılığına görə edib. İstedadlı bir insanla həmişə qürur duyub və ona dəstək olaraq bacardığı nə varsa etməyə çalışıb. Elə Vaqifə münasibəti də bundan irəli gəlirdi. Onda Cavadovun “Tvente”yə təzə gedən vaxtları idi.

Nəysə, biz yaxşısı budu Enshedən qayıdaq Moskvaya. Çünki Anar orda yaşayırdı (elə indi də ordadı), iş adamı kimi fəaliyyət göstərirdi və... bir də görürdün neçə yüz dənəsə bilet alıb Rusiya paytaxında yaşayan azərbaycanlılar arasında paylayır ki, gedib “Birlik kuboku”nda “Neftçi”nin ermənilərlə oyununa baxsınlar.

Belə fədakarlığı Rusiyada yaşayan heç bir oliqarx azərbaycanlı etmirdi.

“Neftçi”nin milyonçu rəhbərləri də etmirdi.

Amma kasıb jurnalist Anar Şabanoğlu edirdi...

Hə, yadıma düşmüşkən bir faktı da deyim. Elə həmin “Birlik kuboku”nda “Neftçi”nin ermənilərlə oyununda təkbaşına erməni azarkeşlərin yığışdığı yerə gedib Azərbaycan bayrağının üstünə asılmış Ermənistanın bayrağını götürmüş və bizim bayrağın yanında bir əsgər kimi keşik çəkmişdi
 
Deməli, bu Anar təkcə idman mətbuatımızın deyil, elə hamımızındı.

Sənin...

Mənim...

Azərbaycanın!

Aydın BAĞIROV (Qol.az)



Ad: Rugiya;   E-mail: [email protected]

05.04.2017 12:40

Anar həm gözəl insan, həm əsl vətəndaşdır. Vətən belə övladları ilə fəxr edir.Var olsun Azərbaycan!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30