17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Səbail”dən baş məşqçisindən ittiham: “Zəhərlənmə məsələsinə inanmıram”

"Səbail"in baş məşqçisi Elman Sultanovun Futbolxeber.az saytına müsahibəsi

- Komandanız çemponluq yolunda mühüm əhəmiyyət kəsb edən oyunda qələbə qazana bilmədi. Yəqin ki, nəticədən narazı qalmısız.

- Bu oyunda biz qələbə qazanmalı idik. Çünki 90 dəqiqə ərzində təkqapı oyun getdi. Oyun boyu rəqibi qapısına doğru sıxışdırmışdıq. Lakin heç bir şansdan istifadə edə bilmədik. Amma mübarizə davam edir. Həm bizim, həm də "Turan-Tovuz”un qarşıda çətinr oyunları var. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Çünki məqsədimiz çempionluqdur. Sona qədər də istəyimizə çatmaq üçün tam gücümüzlə mübarizə aparacağıq.    

- Razısız ki, bu gün “Səbail”in əsas problemi hücum xəttində idi?

- Matç boyu idman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Neçə dəfə qol imkanlarımız oldu? Azacıq bəxtimiz gətirsəydi, indi qələbədən danışardıq. Ümumi götürdükdə, sürətli, maraqlı oyun getdi.    

- Belə təəssürat yaranırdı ki, rəqibiniz sanki meydana 1 xal üçün çıxıb...

- Bu oyunda 1 xal onlar tam qane edirdi. Ona görə də "Turan Tovuz” futbolçuları tez-tez vaxt aparırdılar, meydana yıxılır, həkimi çağırırdılar. İki hissə ancaq biz futbol oynadıq, "Turan Tovuz” müdafiədə oturdu.  

- İlk yarıdakı şübhəli penalti epizodu ilə bağlı fikirləriniz necədir?

- Şübhəli nəsə yox idi. Həmin epizodda penalti var idi. Sadəcə, baş hakim epizodu görmədi. Bir az sol tərəfdə olsaydı, yəqin ki dəqiq görərdi. Yenə deyirəm, məncə orda penalti var idi.

- Oyuna qədər ən çox müzakirə olunan məsələ "Turan- Tovuz”un əksər futbolçularının zəhərlənməsi idi.

- Açıq deyəcəyəm ki, zəhərlənmə məsələsinə inanmıram. Çünki bizimlə oyunda həmin zəhərlənmiş oyunçular oynayırdılar. Zəhərlənən oyunçu bir gün sonra oyuna çıxa bilər? Oyunun gedişində tez-tez yerə yıxılırdılar, biri ayağını tuturdu, biri başqa yerini... Olmaz axı belə. Oyuna neçə dəqiqə əlavə etdilər?   

- Rəqibin vaxt aparması sırf nəticəyə hesablanmışdı, yoxsa “Səbail”dən çəkinirdilər?

- Bu sualı mən yox, Əsgər Abdullayev cavab verə bilər.

- Komandanızın aparıcı müdafiəçisi Saşa Yunisoğlunun qırmızı vərəqə alması növbəti turlarda çıxışınıza nə dərəcədə təsir edəcək?

- Təbii ki, təsiri olacaq. Amma heyətdə Saşanı əvəz edəcək oyunçular var. O, komandamızın kapitanıdır və "Səbail”i qabağa aparır. Yunisoğlu təcrübəli futbolçudur, komandasını Premyer Liqada görmək istəyir.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30