24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Nizami Hacıyev: “Qəbələ" layiqli qələbə qazandı"

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın kapitanı Nizami Hacıyev Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb: 
 
- Oyun yaxşı keçdi. Rəqib layiqli qələbə qazandı. Əlbəttə, birinci hissədə epizodlarımız da oldu. İlk yarıda qol vura bilərdik, lakin alınmadı. Rəqib isə əlverişli imkanlarından yaxşı yararlandı və qələbə qazndı.
 
- Qapınız qarşısında iki penalti epizodu oldu. Bu epizodlarla bağlı fikrini bilmək istərdik?
- Birinci epizodda Elnur da dedi ki, əlinə dəymişdi. Dedi ki, başımı qoymaq istəyirdim, əlimə dəydi. Məncə, ikinci epizodda da penalti var idi. 
 
- Cavab qarşılaşmasından nə gözləmək olar?
- Açığı, hələ cavab qarşılaşması haqda fikirləşmirəm. Qarşıda AZAL-la çempionat oyunu var. 3-cü pillədəki yerimizi möhkəmləndirmək üçün bu oyun çox vacibdi. Ona görə də kubok matçını unudub, AZAL-la oyuna hazırlaşmaq lazımdır. 
 
- Xüsusən də, birinci hissədə rəqib topla daha çox oynayırdı. Əks-hücuma güvənirdiniz. Bu, baş məşqçinin tapşırığı idi, ya necə?
- Bir-iki futbolçumuz oynamırdı. Buna görə də taktiki planda dəyişiklik oldu. Deyərdim ki, bu, bəhrə vermədi. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30