28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Svanadze: “İnter” zəifləyib”

“İlk hissədə yaxşı oynadıq. Bir neçə qol epizodlarımız oldu. Onlardan birində də rəqib qapısına yol tapdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Gürcü mütəxəssis fasilədən sonra komandasının zəif oynadığını bildirib: “Fasilədən sonra zəif çıxış etdik. İkinci qolu rəqibə hədiyyə etdik. 1:2-dən sonra komanda sanki sındı. Belə vəziyyətdə “Qəbələ” kimi komandaya qarşı mübarizə aparmaq çətin idi. Eləcə üçüncü qol da rəqibə hədiyyə idi. Artıq növbəti oyunları düşünməliyik”.

Svanadze müdafiəçilərdən razı qalmadığını qeyd edib: “Bu məğlubiyyətdən sonra finala yüksəlmək şansımız çox deyil. Lakin sona qədər mübarizəmizi davam etdirəcəyik. Səfərdə işimiz çox çətin olacaq. İlk yarıda müdafiəçilər pis təsir bağışlamadılar. Amma sonradan kobud səhvlər buraxdıq. Bu gün heyətlə bağlı da problemlərimiz var idi. Ehtiyat oyunçular skamyasına baxanda demək olar ki, heç kimi görmürsən. Mövsümü eyni heyətlə keçiririk. Uşaqlar yorulublar. Qış fasiləsindən sonra komanda zəifləyib. İki aparıcı futbolçunun gedişi bizə mənfi təsir göstərib”.

“İnter”in çalışdırıcısı Zurab Xizanaşvilinin bu gün start heyətindən kənarda qalmasını onun son məşqlərdən bir neçəsini kənardan izləməklə əlaqələndirib.

Svanadze yeni mövsümdən “İnter”i Mahmud Qurbanovun çalışdıracağı haqda iddiaları da cavablandırıb: “Bu barədə məlumatsızam. Mətbuatda yazılanlardan xəbərsizəm. Bizim məqsədimiz avrokuboklara vəzisə qazanmaqdır. Sonra necə olacağını isə zaman göstərcək. Komanda kimi mən də yorulmuşam”. 

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31