20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

5-ci yarımfinal: 25-ci qələbə üçün

Martın 30-da Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk oyununu səfərdə keçirəcək “Qəbələ” Bakıda “İnter”lə qarşılaşacaq. 
 
Ölkə kubokunda 12-ci mövsümdür mübarizə aparan “qırmızı-qaralar” üçün “İnter Arena”dakı matç 51-ci olacaq. Bunadək 24 görüşdə qələbə qazanan Şimal təmsilçisi səfər matçına yubiley uğuru üçün çıxacaq. 25-ci qələbənin astanasında olan Roman Qriqorçukun komandası kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 79 dəfə yol tapan futbolçularımız 80-ci topu “İnter”in qapısından keçirə bilər. Əvvəlki 50 görüşdə rəqiblər 42 qola sevinib.
 
Bu, “Qəbələ”nin tarixində 5-ci yarımfinal dueli olacaq. İndiyədək 4 dəfə finalın bir addımlığında olan “qırmızı-qaralar” bir dəfə həlledici görüşə vəsiqə qazanıb. 2013/14 mövsümündə “Qəbələ” “Xəzər Lənkəran”ı yarımfinalda dayandırıb – 3:0, 1:1. Klubun tarixində ilk dəfə 1/2 finala çıxması isə 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqib Lənkəran təmsilçisi olsa da, mərhələni cənublular keçib – 1:3, 1:1. Bir il sonra isə “Qəbələ” indiki rəqibi “İnter”lə finalın bir addımlığında qarşılaşıb. Onda hər komanda öz meydanında qələbə qazanıb və finala bakılılar yüksəlib – 0:5, 2:0. Ötən il isə Roman Qriqorçukun yetirmələri yarımfinalda “Neftçi” səddini keçə bilməyib – 1:1, 1:1, pen. 3:4. 
Bu mərhələdə 2 qələbə qazanıb, eyni sayda uduzub, 4 dəfə heç-heçə edən əyalət təmsilçisi məğlubiyyətsizlik seriyası da diqqət çəkir. Belə ki, penaltilər seriyası nəzərə alınmasa, yarımfinaldakı son 5 matçda “Qəbələ” uduzmayıb. Son üç görüşdə isə 1:1 hesabı qeydə alınıb.
Ümumilikdə isə “qırmızı-qaralar” 9 oyundur kubokda uduzmur. Son yenilgi 2015-ci il martın 4-də qeydə alınıb. 2014/15 mövsümünün 1/4 finalında “Simurq”a 0:3 hesabı ilə məğlub olandan sonra “Qəbələ” 5 qələbə qazanıb, 4 heç-heçə edib.
 
Səfərdə qazanılacaq qələbə daha iki yubileylə əlamətdar ola bilər. Bu, klub tarixində rəqib meydanlarında ümumilikdə 80-ci, kubokda 10-cu qələbə kimi tarixə düşəcək. Belə ki, indiyədək səfərdəki 217 oyunda 79 dəfə qalib gələn komanda kubok yarışındakı 22 matçda 9 dəfə sevinib.
 
Xatırladaq ki, “Qəbələ” 1/8 finalda “Zaqatala”nı (2:2, pen. 4:1), 1/4 finalda AZAL-ı (2:1, 1:0) mübarizədən kənarlaşdırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30