19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AFFA-dan billet qalmaqalı ilə bağlı bəyanat

AFFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya oyunu zamanı yaşanan bilet qalmaqalı ilə bağlı bəyanat yayıb. Futbolxeber.az saytının məlumatına görə, qurumun "Facebook"dakı rəsmi səhifəsində yerləşdirilən bəyanatda aşağıdakı ifadələr yer alıb:
 
"Milli komandamızı dəstəkləyən bütün azarkeşlərə bir daha dərin təşəkkürümüzü bildirir və məlumat üçün qeyd edirik ki, onlayn bilet satışına 10 yanvar və bilet satış məntəqələrində satışa 1 fevral tarixindən start verilmişdi. Azarkeşlərin rahatlığı üçün şəhərin müxtəlif yerlərində bilet satış məntəqələri fəaliyyət göstərirdi. Azarkeşləri biletləri tez almağa stimullaşdırmaq üçün mütəmadi olaraq rəsmi sayt və facebook səhifəsi vasitəsilə bilet satış məntəqələri və biletlərin satışı haqda məlumat verilirdi. Oyuna bir gün qalmış bütün biletlərin satıldığı elan olunmasına baxmayaraq oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında çoxsaylı biletsiz azarkeşlər var idi. Həmin azarkeşlər isə bileti olanların stadiona sərbəst və rahat girişinə maneçilik törədirdi. Ancaq buna baxmayaraq bileti olan bir qrup azarkeşin stadiona girişində gecikmələr olsa da, kiminsə bayırda qalması faktı qeydə alınmayıb. 
 
Azarkeşlərin stadiona tez gəlməsi və stadionda vaxtlarını səmərəli keçirmələri üçün azarkeş zonaları təşkil edilir. Həmçinin azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün oyun biletində stadiona 2 saat öncədən gəlmələri barədə məlumat göstərilib. Gələcəkdə bu cür neqativ hallarla rastlaşmamaq üçün oyun biletinin üzərində də qeyd edildiyi kimi oyuna 2 saat qalmış stadiona gəlməyinizi və yalnız biletinizdə qeyd edilən yerlərdə əyləşməyinizi xahiş edirik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30