17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ”la oyun öncəsi “Neftçi”də ciddi itkilər

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyuna itkilərlə çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Elxan Abdullayev bu görüşdə bəzi futbolçuların xidmətindən istifadə edə bilməyəcək.
 
Klubun mətbuat xidmətindən apasport.az-a bildirilib ki, Namiq Ələsgərov “Qarabağ” və “Neftçi” arasındakı razılığa əsasən, sabiq komandasına qarşı oynaya bilməyəcək. Üstəlik, gənc yarımmüdafiəçi zədədən əziyyət çəkir. Onunla yanaşı, Ruslan Abışov da meydana çıxmayacaq. Təcrübəli futbolçu zədəli olduğu üçün millinin heyətindən kənarlaşdırılmışdı. Abışov bu səbəbdən “Qarabağ”la qarşılaşmanı da buraxacaq.
 
“Neftçi”nin digər problemi isə Pavel Dreksa ilə bağlıdı. Zədədən əziyyət çəkən çexiyalı müdafiəçi haqda yekun qərar verilməyib. Bununla belə, Dreksanın “Qarabağ”la oyunu buraxmaq ehtimalı az deyil.
 
Qeyd edək ki, martın 30-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:30-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30