19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçu ilə maraqlananda assosiasiya yox, klubla əlaqə saxlayarlar”

“Yığmamızın Almaniya ilə oyununu tribunadan izləyirdim. Komandamızın çıxışı çox xoşuma gəldi”. Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində dünən Almaniya ilə qarşılaşmada meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib.
 
Komandamızın heyətində “Qarabağ”ın 5 futbolçusu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev və Əfran İsmayılov ilk dəqiqələrdən meydanda olub. Ancaq Qurbanov onları digərlərindən fərqləndirməyib: “Təkcə öz oyunçularıma yox, millimizin digər üzvlərinə də diqqət yetirdim. Kimlərisə fərqləndirmək doğru olmaz. Dünən yığmamız komanda şəklində çox yaxşı mübarizə apardı”.
 
Almaniyalı futbolçular böyük hesablı qələbəyə baxmayaraq, öz oyunlarından razı qalmayıblar. Ancaq Ağdam klubunun çalışdırıcısı millimizin baxımlı oyununda rəqibin zəif çıxışının təsiri olduğunu düşünmür: “Məncə, almanlar da yaxşı çıxış etdilər. Rəqib çox güclü idi, onlara qarşı yüksək səviyyədə oynamaq asan deyil. Amma komandamız dünən bunu bacardı. Şəxsən mən, oyundan çox məmnun qaldım”.
 
Qurban Qurbanov “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin ölkə xaricindən təklif alıb-almamağına da aydınlıq gətirib. AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev 25 yaşlı oyunçuya Almaniya, İspaniya və Portuqaliyadan təkliflər gəldiyini və həmin ölkələrin klublarının AFFA ilə əlaqə saxladıqlarını vurğulayıb: “Mənim bundan xəbərim yoxdu. Onun niyə belə açıqlama verdiyi mənə də maraqlıdı. Amma hansısa futbolçu ilə maraqlananda assosiasiya yox, klubla əlaqə saxlayarlar. Bizə isə Qara ilə bağlı heç bir xarici klub müraciət etməyib”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31