25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Üç yığmada 358 dəqiqə

“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turunda iştirak ediblər. 
 
Futbolxeber.az saytının məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan milli komandasının Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar. Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib. 
 
Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. D qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. Yarımmüdafiəçi start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub. Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. H qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçu 79-cu dəqiqədə əvəzlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30