24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Azərbaycan millisinə qalib gəlsək…”

Ötən gün 2018-ci il dünya çempionatının (DÇ-2018) seçmə qrup mərhələsinin 5-ci tur oyunları keçirilib. Futbolxeber.az saytının məlumatına görə, C qrupunda millimizin rəqiblərindən olan Şimali İrlandiya yığması öz meydanında Norveçi 2:0 hesabı ilə məğlub edib.
 
Ev sahibi komandanın baş məşqçisi Maykl O'Nil matçdan sonra qələbəni belə şərh edib: "Qrupda yaxşı vəziyyətdəyik. Komandmız getdikcə lazım olan səviyyəyə çatır”. 
 
O, millimizlə Bakıda keçirəcəklər oyundan da söhbət açıb: “Qələbə qazaqnsaq, Azərbaycanla xal fərqini 6-ya çatdıracağıq. Sonra isə Almaniya və Çexiya ilə rəqabətə girəcəyik. Düşünürəm ki, dünya çempionatına yollana bilərik. Bizim ev oyunlarında əla rekordumuz var. Bundan başqa, 5 oyunun 4-də qol buraxmamışıq.  Yalnız dünya çempionu Almaniya bizə  qol vura bilib".
 
Qeyd edək ki, millimizin Şimali İrlandiya ilə oyunu iyunun 10-da baş tutacaq. Komandamız səfərdə keçirilən ilk görüşdə bu rəqibinə 0:4 hesabı ilə uduzub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30