25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov: “Qrup ikincisi ola bilərik”

Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniyaya 1:4 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Cavid Hüseynov matçdan sonra əməkdaşımızın suallarını cavablandırıb:
 
- Aydın məsələdir ki, rəqib güclüdür. Hər cəhətdən bizdən üstün idilər. Düzdü, hesabı 1:1 etdik və davamını daha yaxşı gətirə bilərdik. Lakin səhvlərimiz ucbatından ikinci qolu da buraxdıq, davamı da gəldi. Amma düşünürəm ki, pis oynamadıq. Belə rəqibə qarşı hələki bacardığımız bu qədərdi. 
 
- Qarşıda Şimali İrlandiya ilə oyun var. Səfərdə rəqibə qarşı uduzmuşdunuz. Evdəki oyunda onlara qarşı əlavə motivasiya olacaqmı?
- Motivasiya odur ki, evdə oynayırıq. Başa düşürük ki, qrup ikincisi ola bilərik. Nə olursa olsun, evdə qalib gəlməliyik. Düşünürəm ki, bunu bacaracağıq. 
 
- Millimizə yeni oyunçular, Riçard Almeyda və Renat Dadaşov da qoşulacaq. Səncə, onlar komandamız üçün nə dərəcədə faydalı olacaq?
- Əlbəttə ki, faydası olacaq. Almeydanı tanıyırıq, oyununa bələdik. Düşünürəm ki, bizə köməkləri dəyəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30