19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Qurbanov: “Hesab 1:1 olanda səhv etməsəydik...” ÖZƏL

“Təəssüf ki, böyükhesabla uduzduq. Halbuki oyuna yaxşı başlamışdıq. Öz səhvlərimizdən qol buraxdıq. Almanlar yol verdiyimiz səhvlərdən yararlandılar”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Ruslan QurbanovDÇ-2018-in seçmə mərhələsində Almaniyaya 1:4 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

“Qəbələ”nin üzvü qeyd edib ki, rəqibin gücü hər kəsə məlumdur: “Almaniya yığması çox güclüdür. Son dünya çempionudurlar. Amma böyükhesabla uduzduğumuz üçün təəssüflənirik. Hesab 1:1 olanda səhv etməsəydik, belə uduzmazdıq. Bəlkə də oyun heç-heçə başa çatardı. Lakin bir daha deyirəm ki, Almaniyanın gücünü hamı bilir. Onlar müdafiədən çox hücuma gözəl keçirlər. Azarkeşlərimiz önündə belə hesabla uduzmaq istəməzdik. Yenilgiyə görə onlarsan üzr istəyirəm. Amma 90 dəqiqə ərzində əlimizdən gələni etdik”.

Qurbanov millimizin seçmə mərhələdəki qarıdakı 3 oyununda 7 xal yığmalı olduğunu söyləyib: “Almaniya millisi qrupumuzda birinci yeri tutacaq. Bunu heç müzakirə etməyə dəyməz. Evdə 3 oyunumuz qalır. Qrupda ikinci yeri tutmaq üçün həmin matçlarda minimum 7 xal toplamalayıq. Şimali İrlandiya ilə qarşılaşmaya çox ciddi hazırlaşacağıq. İlk oyundakı 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Şimali İrlandiya hava toplarında güclüdür, biz isə əksinə, bu baxımdan zəifik”.

Ruslan Qurbanov növbəti oyunlarda milliyə qoşulacaq Riçard Almeyda, eləcə də gənc Rinat Dadaşov haqda da fikirlərini açıqlayıb:

“Almeyda millini gücləndirəcək. Hamı onun oyununu bilir, ağıllı futbolçudur. Eləcə də Azərbaycan futboluna yaxından bələddir. Rinat gəncdir, perspektivlidir. Klubunda son oyunlarda qollar vurur. Onu parlaq gələcək gözləyir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30