20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Çox danışmaq yox, əlimizdən gələni etmək lazımdı”

Sabah 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün yığmamızın kapitanı Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Qrupun növbəti matçına çıxacağıq. Qrupun ən güclü komandası Almaniyadı. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadı. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadı. 90 dəqiqə diqqətli olmalıyıq. Almanlar səhvi bağışlamırlar. Sabahkı matç haqda çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı”.
 
- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?
- Bu, bizim üçün sevindirici haldı, əlavə stimuldu. Yəqin ki, belə azarkeşlər qarşısında oynamaq rəqibə problem yaradacaq. Bizim üçün bir fürsətdi. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırsan. Öz azarkeşlərimiz, eləcə də, Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq üçün darıxmışıq.
 
- Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədi?
- Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30