18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Löv: “Qələbədən başqa heç bir nəticəylə razılaşa bilmərik”

Sabah 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün qonaq komandanın baş məşqçisi Yoahim Löv oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Məqsəd aydındı: buraya 3 xal qazanmaq üçün gəlmişik. Əsas hədəfimiz odu ki, yaya kimi bütün oyunlardan 3 xalla ayrılaq. Qarşıda bizi San Marino ilə oyun gözləyir. Həmin oyunda da qələbədən başqa heç bir nəticəylə razılaşa bilmərik. Bura gəlmək üçün uzun yol qət etmişik. Ancaq bu, bəhanə ola bilməz.
 
- Komandanızda hansı itkilər var? 
- Bir neçə oyunçunun zədəsi var idi. Ancaq hazırda bütün oyunçular sabah meydana çıxmağa tam hazırdı. Yalnız Məsut Özillə bağlı məsələ hələ tam aydın deyil.
 
- Sabahkı oyunda qapıda kim yer alacaq?
- Ter Şteqen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma sabah qapıda kimə şans verəcəyim hələ tam bəlli deyil. Məşqdən sonra danışıb, qərar verəcəyik.
 
- Andre Şürrleni milliyə dəvət etsəniz də, klubunda çox da şans qazanmır...
- Şürrlenin oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq, şans qazanmayan başqa oyunçular da var. Məsələn Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.
 
- Millimizlə əvvəllər də qarşılaşmısız. Necə düşünürsüz, budəfəki oyun əvvəlkilərdən asan olacaq, yoxsa çətin?
- Komandanız haqqında deyəcəklərimi ölkəyə də şamil edə bilərəm. Ölkədə 2009-cu illə müqayisədə böyük irəliləyiş nəzərə çarpır. Milli üçün də eyni sözlər keçərlidi. Azərbaycan millisi əvvəlki illərlə müqayisədə həm taktiki, həm də oyun planında çox inkişaf edib. Norveçi məğlub edirsənsə, Çexiya ilə səfərdə bərabərə qalırsansa, bu, inkişafın göstəricisidi. İndi Azərbaycan millisi daha yaxşı müdafiə olunmağı bacarır. Məncə, əvvəlki yığmayla müqayisədə inkişaf nəzərə çarpır.
 
- Antonio Rudigerin uzun müddət oyun təcrübəsi olmasa da, İngiltərəyə qarşı matçda şans verdiz...
- Çox güman ki, o, sabah da oynayacaq. Ona Mats Hummelsin yanında şans verəcəm.
 
- Sabah Almaniya millisində kapitan kim olacaq?
- Sabah Sami Xedira komandanı meydana kapitan kimi çıxaracaq. Çünki o, əsl peşəkardı. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odu.
 
- Bəzi oyunçularınızın millidə oynamağa həvəsli olmadığı deyilir...
- Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdı. Hətta bəzi oyunçular kənarda qaldıqlarına görə inciyirlər də.
 
- Sabah Mario Qomesə şans verəcəksiz?
- Qomes son vaxtlar yaxşı formadadı. Sabah ona əsas heyətdə şans verəcəm.
 
- Azərbaycan millisinin qrupda 2-ci olmaq şanslarını necə dəyərləndirirsiz?
- 4 oyunda 7 xal yaxşı nəticədi. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. Bu oyunlarda yaxşı nəticə qazansalar, niyə də 2-ci olmasınlar?

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30