25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sami Xedira: “Bakıdan yaxşı nəticə ilə ayrılmaq istəyirik”

Sabah 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün qonaq komandanın yarımmüdafiəçisi Sami Xedira oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Bu bizim üçün vacib oyundur. Tam gücümüzlə mübarizə aparmalıyıq. Burada keçirdiyimiz son oyunda 2:0 qalib gəlmişdik. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, burdan 3 xalla ayrılaq.
 
- Avropa çempionatının seçmə mərhələsinə bir qədər pis başlamışdınız. Bu dəfə isə daha yaxşı start götürmüsüz. Sizcə, ötən seçmə qrupla budəfəki arasında hansı fərqlər var? 
- DÇ-2014-dən sonra bəzi oyunçular milli karyerasını bitirmişdi. Bəzi oyunçularımız isə zədəli idi. Həmin seçmə mərhələdə bu amillər müəyyən rol oynadı. Son Avropa çempionatında istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq dünya çempionatında daha yaxşı çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Sabah buradan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
 
- Son illər zədədən tez-tez əziyyət çəkirdiz. İndi isə geri qayıtmısız. Komandadakı rolunuzu necə görürüsüz? 
- Hazırda karyeramın zirvəsindəyəm. Bu yaxınlarda 30 yaşımı qeyd edəcəm. Məncə, komandada öz yerim var. Baş məşqçiylə söhbətdə də görürəm ki, komanda üçün vacib oyunçuyam.
 
- Burda əvvəl də olmusuz. Bakı barədə təəssüratlarınız necədi?
- Komanda yoldaşlarım şəhəri gəzməyə getsə də, mən getmədim. İstirahət etməyi üstün tutdum.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30