19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Cavid Hüseynov: “Təkcə Prosineçki yox, hamımız uğurlu nəticəyə ümid edirik”

Milli komandamızın və “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov Almaniya ilə oyundan öncə sport24.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Almaniya ilə oyuna hazırsız?

- Hazırlıqlar yaxşıdır. Ciddi şəkildə məşqlər keçmişik. Özümüzü lazım olan formada bu oyuna motivasiya edirik.

- Məğlubiyyətlə barışmısız, yoxsa ümid var? Baş məşqçi Robert Prosineçki komandanı necə kökləyib?

- Təkcə Prosineçki yox, hamımız uğurlu nəticəyə ümid edirik. Rəqibin necə komanda olması sirr deyil. Son dünya çempionlarının gücünə baxmayaraq, biz xal qazanmağı düşünürük. İstəyimizin baş tutub-tutmayacağını zaman göstərəcək.

- Milli komandanın seçmə mərhələ oyunları üçün çox darıxmışdın?

- Əlbəttə! Çox darıxmışdım və bu ab-havanı səbirsizliklə gözləyirdim.

- Özünü start heyətdə meydana çıxmağa hazır sayırsan?

- Tamamilə hazıram. Ümid edirəm ki, start heyətdə meydana çıxacam. Tam ab-havaya öyrəşmişəm.

- Prosineçkinin sevimli futbolçularından birisən. Milliyə qayıdanda sənə nə dedi?

- Doğrudan, Prosineçki mənə çox güvənir. Mən də onun güvənini doğrultmağa, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Həbsdən sonra ilk dəfə görüşəndə uzun söhbətimiz oldu. Mənə güvəndiyini və əvvəlki formama qayıdacağıma ümid etdiyini dedi.

- Komandamızda iki zədəli futbolçu var...

- Ruslan Abışovun da, Namiq Ələsgərovun də komandada qalmasını, zədələnməməsini arzu edərdik. Amma heyətimiz genişdi. Mənə elə gəlir ki, yetərincə futbolçu var. 24 nəfər az heyət demək deyil.

- Almanlarda da ciddi itkilər var. Özil, Qomez, Roys, Götze, Noyer kimi dünyanın ən güclülərinin meydana çıxmaması motivasiyanızı artırır?

- Yox, bu heç bir motivasyanı artıra bilməz. Çünki almanların bütün futbolçuları ulduzdur. İngiltərə ilə matçda gənclərlə meydana çıxsalar da, qələbə qazandılar. Bu, hər şeyi sübut edir. O futbolçuların yoxluğu onlar üçün faciə deyil.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30