28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran" afrikalı futbolçunu transfer edir

Avroliqanın I təsnifat mərhələsi çərçivəsində “Slima” klubu ilə keçiriləcək cavab qarşılaşmasına hazırlıqlarını Maltada davam etdirən “Xəzər Lənkəran” heyətini Afrikalı futbolçu ilə gücləndirmək niyyətindədir. Futbolxeber.az-ın məlumatına görə, “Xəzər Lənkəran” klubu Afrika ölkələrindən birinin yığma komandasının üzvünü transfer edir. Məlumatda daha sonra deyilir ki, tərəflər arasında artıq ilkin razılaşma əldə olunub və çox güman komanda vətənə qayıdandan sonra bu futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi xəbəri təsdiq etdi. Cəbrayıloğlu həmçinin onu da bildirdi ki, futbolçunun adı və hansı ölkəni təmsil etdiyi yaxın bir iki günə mətbuata açıqlanacaq.


12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31