24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA - SOCAR-ın “obnaliçka” müəssisəsi? II YAZI

Birinci yazımızda AFFA-ın 2016-cı il üçün maliyyə-təsərrüfat hesabatının nə milli, nə də beynəlxalq mühasibatlıq standartına cavab vermədiyini ümumi qaydada göstərmişdim. Bu yazımda isə AFFA-nın gəlirləri barədə yazacağam.

Ümumiyyətlə tərtib edilən diaqramaya nəzər yetirsək, 24 milyon manata yaxın məbləğin 46,7 faizini, yəni 11 milyon manatdan artıq məbləğ SOCAR-ın payına düşür. Bu isə özü özlüyündə bəzi şübhələrə şərait yaradır.

Belə ki, 2016-cı il boyu SOCAR rəhbərliyi şirkətin ziyanla işlədiyini bildirib. Ümumiyyətlə, 2015-ci ildə şirkət mənfəət əldə etməyib. Bunun müqabilində AFFA-ya bu məbləğdə pulun transfer edilməsi ağlabatan deyil. Nəzərə alsaq ki,  şirkətin toplam borcu 6,3 milyard dollardır. Buraya həm xarici, həm də daxili borclar aiddir.

Şirkət bu qədər borcun qarşılığında əgər Azərbaycan futboluna ağlasığmaz məbləğdə pul xərcləyirsə, bunu ancaq alqışlamaq lazımdı. Əgər şirkətdəki ixtisarlar olmasaydı...

Keçək AFFA-ya daxil pulun digər adlanan gəlirlərinə. Bu məbləğ AFFA-nın cəmi 3,25 faizini, yəni 779 minə yaxın məbləğ edir.

SSRİ vaxtı mağazalarda əmtəəyə münasibətdə pulun azlıq təşkil etməsi o qədər də qanun pozuntusu sayılmırdı. Di gəl ki, pul artıq olardı. O halda mağaza müdirinə SSRİ cinayət qanunvericiliyi ilə 88-1 maddəsi ilə cinayət işə başlanardı və 15 ilə kimi həbs cəzasına məhkum edilərdilər.

Indi SOCAR-ın AFFA adlı mağazasında gəlir hissəsində 779 min manata yaxın mənbəyi bilinməyən pul vəsaiti var. Bəlkə AFFA vicdana gələ, bu pulun mənbəyini açıqlaya.

Bu iki mənbəni nəzərə almasaq, AFFA-nın gəlir hissəsini şəffaf hesab etmək olar.

Nəzərə alsaq ki, hesabatda yeni investisiyalar və infrastruktura aid gəlir nəzərdə alınmayıb, o halda AFFA-ın gəliri qeyd edildiyindən artıqdır.

Digər qaranlıq da olmasa, alatoran gəlir mənbəyi beynəlxalq futbol qurumlarından gələn gəlirdi. Bu gəlirin ümumi məbləği 5 milyon manata yaxındır. Beynəlxalq qurumlardan gələn pul vəsaiti əlbəttə ki, valyuta ilə gəlir. əgər valyuta ilə pul vəsaiti daxil olubsa və bunu manata konvertasiya edilibsə, o halda deməli AFFA konvertasiyadan da müəyyən qədər vəsait əldə edib.

Ümumiyyətlə gəlirləri punktlar üzrə analiz edəndə bu nəticəyə gəlmək olur ki, SOCAR-dan başqa yerdə qalan digər təşkilatlardan gələn pul vəsaiti konkret hansısa xidmətin müqabilində həyata keçirdiblər.

Hesabatda gəlir hissəsinin maraqlı tərəfi ondan ibarətdir ki, TOPAZ premyer liqasından, yəni Azərbaycan Peşəkar Futbol Liqasından AFFA-ya heç bir pul vəsaiti daxil olmayıb. Axı AFFA komandaların lisenziyalaşdırılması və xüsusi icazənin verilməsi pulludu. Belə olmasaydı lisenziyalaşdırmada 300 min, xüsusi icazənin alınması üçün isə 100 min manat bank zəmanət məktubu tələb etməzdi.

AFFA-nın gəlir hissəsi ilə bağlı yazdığım məncə kifayətdi. Gələn yazımızda hamınıza maraqlı olan xərclərdən yazacam. Söz verirəm ki, çox maraqlı olacaq.

Mehman Muradlı, xüsusi olaraq Futbolxeber.az üçün

I yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

http://www.futbolxeber.az/news/country/36255    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30