20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Renat Dadaşov: “Azərbaycanı seçməklə düzgün qərar vermişəm”

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu oyun üçün ilk dəfə yığmamıza çağırılan "Ayntraxt" (Frankfurt) klubunun hücumçusu Renat Dadaşov maraqlı açıqlamalar verib.
 
"CBC Sport"a danışan gənc forvard millimizi seçməsinin səbəbini açıqlayıb: “Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir. Valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, bu yığmanı seçməklə düzgün qərar vermişəm”.
 
O, Almaniyaya qarşı keçirəcəyi oyundan da söhbət açıb: "Almaniyaya qarşı keçirəcəyimiz oyun gününü səbrsizliklə gözləyirəm. Fikrimcə, öz oyunumuzu oynasaq, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək".
 
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30