25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Yoahim Löv: “Azərbaycana qarşı amansız olacağıq”

“Qarşıdakı oyunlara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bu amil bizə problem yarada bilər”. Futbolxeber.az saytının məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
 
Bu gün İngiltərə ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Bundestim 4 gündən sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq.
 
Almaniya mətbuatına açıqlama verən Löv həm İngiltərə, həm də Azərbaycanla oyunları dəyərləndirib: “Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. İngiltərə ilə oyunöncəsi isə hazırlıq keçmək üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, arzularımızı həyata keçirmək üçün hər cür çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıyıq. Bunun ardından Azərbaycanla önəmli oyunumuz olacaq. Hər matçda olduğu kimi, yenə keyfiyyətli oyun sərgiləməyə çalışacağıq və amansız olacağıq”.
 
Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30