19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AFFA-nın anti-hesabatı - I yazı

AFFA 2016-cı ilin maliyyə hesabatını ictimaiyyətə açıqladı. Sağ olsunlar. Biz də eləmə tənbəllik, maliyyə hesabatıyla tanış olduq. Hesabata ilkin olaraq idman (futbol) jurnalistləri münasibət bildirdi. Hesabata ilkin münasibət AFFA-nın 2016-cı ildə xərc hissəsində U-17 Avropa çempionatının püşkatma mərasiminə çəkilən 157 219 manat xərci önə çəkdilər. Bu, jurnalistlərin subyektiv (bu ifadəyə çox nifrət edirəm) fikridi. Amma mən, məsələyə bir az fərqli, sırf peşəkar münasibət göstərəmyə çalışacam. Nə qədər uğurlu alınacağına peşəkarlar qiymət verər.

Başlayaq hesabatın təvsiri hissəsindən. Hesabatla tanış olsanız, görəcəksiniz ki, oxuduğunuz rəqəmlər və sözlər maliyyə hesabatı adına qara ləkədi. Heç sadələşmiş vergi ödəyəcilərinin hesabatları bu qədər bayağı olmur. Hesabatdan məlum olmur ki, bunu hansı auditor şirkəti və yaxud sərbəst auditor tərtib edib. O isə AFFA-nın üzv olduğu FİFA və UEFA-nın mütləq qaydada auditor tərəfindən tərtib edilməli və məhz auditor tərəfindən rəy verilməlidi. Lakin və amma hesabatda belə bir rəyə rast gəlməyəcəksiz. Heç mən də rast gəlmədim.

Fikirləşə bilərsiz ki, AFFA auditor rəyini kommersiya sirri hesab etsin və ictimaiyyətə açıqlamasın. Lakin və amma bu, belə deyil. Bir daha xatırladıram ki, AFFA qeyri-hökumət təşkilatı olduğundan təşkilatın gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. Bunu mən demirəm, bu sahədə Azərbaycan qanunvericiliyi deyir. İnanmayanlar “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası qanunu tapıb oxuya bilərlər.

Beynəlxalq standartı qoyaq bir kənara, hesabat heç Milli Mühasibatlıq Uçotu Standartına (MMUS) da cavab vermir. Belə ki, qeyd etdiyim standartın əsas keyfiyyət xüsusiyyəti hesabatın münasibliyi, əhəmiyyətliliyi, etibarlılığı, düzgün təqdimatı, mahiyyətin formadan üstünlüyü, neytrallığı, ehtiyatlılıq, tamlıq, müqayisəlilik, ardıcıllığı və sonda anlaşıqlı olmağıdı.

Hesabatı hətta lupa ilə oxusaz belə, qeyd etdiyim keyfiyyətləri tapa bilməyəcəksiz.

Hesab etmirəm, dəqiq deyirəm (yazıram) ki, AFFA Azərbaycan ictimaiyyətinə (idman jurnalistlərinə) bir, üzv olduğu beynəlxalq qurumlara başqa bir hesabat təqdim edib.

Hətta bir az da qabağa gedib deyə bilərəm ki, AFFA hesabat verdiyi müvafiq icra hakimiyyəti orqanını, bu orqan Azərbaycan Respublikası Maliyyə Nazirliyidi, ora da tamam başqa bir hesabat təqdim edib. Bunu iddia etmək üçün əlimdə (qanunvericilik bazasını nəzərdə tuturam) tutarlı dəlillər var.

Qeyd etdiyim kimi, MMUS-a əsasən maliyyə hesabatı ilk növbədə əhəmiyyətliliyidi. Amma gəlin baxaq görək, hesabatda əhəmiyyətlilik gözlənilibmi? MMUS-a əsasən əhəmiyyətlilik maliyyə hesabatlarını təqdim edənlər tərəfindən nəzərə alınmamağı və ya təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən asılıdır. Belə ki, əhəmiyyətlilik informasiyanın keyfiyyət xüsusiyyətləri ilə deyil, bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.

Hesab etmirəm ki, AFFA müfaviq orqanlara təqdim etdiyi hesabatda keyfiyyətin bu xüsusiyyətini pozmuş ola. Axı Maliyyə Nazirliyi bir neçə dəfə AFFA-ya belə “səhvə” görə maliyyə sanksiyası tətbiq edib. Ola bilər maliyyə sanksiyasının məbləği AFFA-nın cibində qəpik-quruş kimi görsənsin. Amma beynəlxalq futbol təşkilatlarının tələbini nəzərə alsaq, AFFA mütləq qaydada hesabata auditor rəyi almağa borcludu və heç bir auditor başından keçib doğru olmayan məlumatları və yaxud yarımçıq tərtib edilmiş hesabata rəy verə.

Birinci yazımızı burada bitirək. Ikinci yazım hesabatın daxil olan vəsaitlərlə bağlı olacaq.

Mehman MURADLI, Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30