29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanov: “Zirə” “Qarabağ” yaxınlığına görə…”

Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Zirə” doğma meydanda “Qarabağ”la 0:0 bərabərə qalıb. Futbolxeber.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Quraban Qurbanov heç-heçəni belə şərhə edib: 
 
- Çox maraqlı oyun oldu. Görüşün daha baxımlı olması üçün qol çatışmadı. Sürətli oyun getdi. Hər iki komandada istək var idi. “Zirə”yə gələcək oyunlarda uğurlar arzulayıram. Son vaxtlar bu komanda fərqli sistemdə oynayır. Öz oyunçularımdan razı qaldım. Komanda yeni-yeni öz ritmini tutmağa başlamışdı. Ancaq təəssüf ki, fasilə yaranacaq. Lakin bunu da başa düşürəm. Milliyə qarşıdakı oyunda uğurlar arzulayıram. Qarşıda bizi gərgin oyunlar gözləyir.
 
- Fasilə müddətində yoxlama oyunu keçirməyi planlaşdırırsız?
- Heyətimizin yarıdan çoxu əlimizdə olmayacaq. Ancaq ola bilsin, əvəzedici heyətdən bir neçə oyunçu cəlb edib yoxlama matçında qüvvəmizi sınayaq.
 
- Sizcə, “Qarabağ”dan milliyə çağırılan oyunçular Almaniya ilə oyuna nə dərəcədə hazırdı. Əfran İsmayılovun durumu sizi razı salır?
- Əfran pis oynamadı. Son 10 dəqiqəni çıxmaq şərtilə, onun oyunundan razı qaldım. Milliyə çağırılan digər oyunçuların da vəziyyətindən razıyam.
 
- Oyunun son dəqiqələrində “Qarabağ” böyük qüvvəylə irəli atılırdı...
- “Zirə” müdafiədə çox yaxşı oynayırdı. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha yaxşı müdafiə olundu. Bu, futbolun qanunudu. Məhz buna görə, hücumda futbolçuların sayını artırdıq.
 
- Bu oyuna çıxanda “Qəbələ”nin xal itirdiyini bilirdiz?
- “Zirə” “Qarabağ” yaxınlığına görə sübut olunası heç nə yoxdu. Biz meydanda rəqibik. Bizdən də yaxın komandalar olub. Sadəcə, biz heç vaxt bu məsələlərə münasibət bildirməmişik, qabartmamışıq. Bu sözlərə fikir vermirik, başımız ucadı. “Qəbələ”nin xal itkisiylə bağlı olduğunu da düşünmürəm. Əvvəllər də bu cür hallar olub. Biz peşəkarıq. Çıxıb oyunumuzu oynayırıq. Bəlkə də, çox kiçik, məsələn 5 faiz təsiri olub. Ancaq ümumi götürsək, biz rəqibə görə oyunumuzu qurmuruq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31