19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Daniel Subotiç: “Bəxt bizdən yana deyildi”

Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində AZAL doğma meydanda “Qəbələ” ilə 1:1 bərabərə qalıb. Futbolxeber.az-ın məlumatına görə, “AZAL Arena”dakı matçdan sonra qonaq komandanın hücumçusu Daniel Subotiç jurnalistlərin suallarını cavablandırıb:
 
- Bu gün bəxt bizdən yana deyildi. İlk yarıda qol şanslarından  yararlanmaq lazım idi. Ancaq bu imkanları boşa verdik. Yekunda isə son dəqiqə qolu ilə üzüldük. Nə etmək olar. Qarşıdakı oyunlara baxacağıq.
 
- Öz oyunundan razı qaldınmı?
- Xeyr. İlk hissədə qol vurmalı idim. Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim.
 
- Oyundan sonra baş məşqçinin sizə iradı oldumu?
- Heç nə demədi. Sadəcə özümüzə gəlib, qabağa baxmalıyıq.
 
- Bu xal itkisi ilə çempionluqdan uzaq düşdüyünüzü demək olarmı?
- Son turlarda hadisələr istədiyimiz kimi alınmır. Bu da normaldı. Futbolda belə şeylər olur. Yaxşı oynasaq da, nəticə gəlmir.
 
- Bəs niyə belə alınır? Bunun səbəbi nədir?
- Hansısa bir səbəb göstərə bilmirəm. Fiziki və psixoliji olaraq, hər şey qaydasındadı. Komandada ab-hava da yerindədir. “Neftçi”yə də, AZAL-a da qalib gəlməli idik.
 
- Çempionluq əldən getsə, necə olacaq?
- Bu barədə düşünmürük belə. Ancaq bizim məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Qarşıda hələ oyunlar var. İnanırıq ki, çempion biz olacağıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30