20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vaqif Cavadov: “İnanırdıq”

Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində AZAL doğma meydanda “Qəbələ” ilə 1:1 bərabərə qalıb. Futbolxeber.az-ın məlumatına görə, “AZAL Arena”dakı matçdan sonra ev sahibi komandanın hücumçusu Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb:
 
- Məncə, çox yaxşı oyun keçdi. Görüş mübarizə və oyun keyfiyyəti baxımından maraqlı idi. Hesabda geriyə düşsək də, sona qədər çalışıb layiq olduğumuz qolu vura bildik. “Qəbələ”yə uğurlar arzulayıram. Ümid edirik ki, qarşıdakı görüşlərdən qələbə ilə ayrıla biləcəyik.
 
- AZAL kimi komandalara məğlub durumda olarkən bərabərlik qolunu vurmaq çətin olur. Bərabərliyə inanırdınızmı?
- Əlbəttə ki, inanırdıq. Oyun da bunu göstərirdi. Komandaya yeni futbolçular gəlib. Hamı istəklidi və bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Belə davam etsə, yaxşı olacaq.
 
- Qarşıdan millinin Almaniya ilə oyunu gəlir. Bu haqda nə düşünürsüz?
- İzləyəcəyik, azarkeşlik edəcəyik. İnanıram ki, milli azarkeşləri sevindirəcək.
 
- Özün bir dəfə milli forması ilə Almaniyaya qol vurmusan. Bu yenə təkrarlana bilər?
- Əlbəttə, olar. Futbolda hər şey mümkündü. Bütün futbolçularımıza uğurlar arzulayıram. Ürəyim millimizlədi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30