28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Qarabağ”ın xal itirməsinə ümid etməliyik”

Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” səfərdə AZAL-la oyunda 2 xal itirib - 1:1.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qırmızı-qaralar”ın baş  məşqçisi Roman Qriqorçuk görüşlə bağlı bunları deyib:

- Komandamın oyunundan ümumi götürsək tazıyam. Təbii ki, xal itkisinə görə məyusam. Bu gün yaxşı oynadıq. Yaxaladığımız qol epizodlarını boşa verdik. Oyundan sonra futbolçularıma da dedim ki, bəxtimiz gətirmədi. Onlar başlarını dik tutmalıdırlar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşmalıyıq.

- “Qarabağ”ın “Zirə” ilə oyunda xal itirəcəyinə inanırsınız?

- Bu haqda düşünmək istəmirəm. İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik. Bu, mümkündür. Eləcə də özümüz “Qarabağ”a qalib gəlməliyik. Biz məhz bunlar haqda düşünməliyik. İlk növbədə özümüz üzərimizə düşəni etməliyik. Oyunlara düzgün hazırlaşmalıyıq.

- Son 2 turda çempionatın həlledici mərhələsində komandanız vacib xallar itirir. Bəlkə “Qəbələ” çempionluğa hazır deyil?

- Bu suala çempionat başa çatdıqdan sonra dəqiq cavab vermək olar. Qarşıda hələ 5 oyun var. 15 xal toplamaq mümkündür. Aydın məsələdir ki, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq.

- Bəzən Ukrayna mətbuatında sizin vətəndən təklif aldığınız barədə xəbərlər yayılır. Bəziləri isə bunun düşünülmüş olması barədə fikir səsləndirir. Bu söhbətlərə birdəfəlik son qoymaq üçün nəsə deyə bilərsiz?

- Bu tip suallara cavab vermək istəmirəm. Mənim cavabım standartdır - şərhsiz. Həm də mən “Qəbələ”nin indi çətin vəziyyətdə olduğunu düşünmürəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31