29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Folprext: “Qarabağ”ı da uda bilərik”

Ötən gün Topaz Premyer Liqasında XXIII turu çərçivəsində “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın çexiyalı yarımmüdafiəçisi Zdenek Folprext Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
“Bizim üçün çox vacib oyun idi. Çünki bu gün “Neftçi”nin yaranma günü idi. Üzərimizdə təzyiq var idi, komanda başa düşürdü ki, bu oyunda qalib gəlməlidi. Qələbə qazandığımız üçün çox xoşbəxtəm. Həqiqətən, çox yaxşı formadayıq. Bu, kənardan görünür. Mövsümün ilk yarısını saymasaq, bu ilin əvvəlindən qazandığımız xallara baxsaq, çempionatın ən yaxşı komandalarından biriyik. “Qarabağ”a qarşı 3 dəfə oynamışam və məğlub olmamışıq. İki dəfə “Slovan”da, bir dəfə isə “Neftçi”də... Əlbəttə, futbolda mümkünsüz heç nə yoxdu. “Qarabağ”ı da uda bilərik”.
 
O, Bakı klubunun 80 illik yubileyi və meydana tarixi formada çıxmaları ilə bağlı da fikirlərini bildirib: “İlk dəfə idi ki, tarixi formada meydana çıxırdım. Əvvəl oynadığım klublarda belə halla heç rastlaşmamışam. Xoşuma gəldi. Əsas odur ki, bu formada qələbə qazandıq. Əvvəlcədən hansı komandaya gəldiyimi bilirdim. Bu gün də gördük ki, “Neftçi” Azərbaycan üçün nə qədər vacib komandadır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31