28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Uqo Barqas: “Qollar gözlədiyimiz vaxtlarda gəldi”

Ötən gün Topaz Premyer Liqasında XXIII turu çərçivəsində “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın hücumçusu Uqo Barqas Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
“Oyunun çətin keçəcəyini bilirdik və buna yaxşı hazırlaşmışdıq. Məşqçimizin tapşırıqlarını bacardığımız qədər düzgün yerinə yetirməyə çalışdıq. Əziyyətimizin bəhrəsini qolla gördük. Qollar gözlədiyimiz vaxtlarda gəldi. Sonda müəyyən qədər arxaya çəkildik, komandada yorğunluq var idi. Çünki ikinci hissənin əvvəlində çox çalışmışdıq. Buna baxmayaraq, gücümüzü toplayıb qələbə qazana bildik. Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün “Neftçi”sevərləri təbrik edirəm. İkinci qoldan sonra komandada müəyyən qədər arxayınlıq yarandı, geri çəkilməli olduq. Çünki hesabı olduğu kimi saxlamağa çalışırdıq. Rəqib də sona qədər yaxşı oynadı, yaxşı futbolçuları var. Sadəcə, biz şanslarımızdan yaxşı istifadə etdik və rəqibin geridönüş etməsi üçün vaxtı qalmamışdı”.
 
Fransalı forvard “Neftçi”nin 80 illik yubileyi və belə gündə tribunda az azarkeş olmasından da danışıb: “Əlamətdar günə görə üzərimizdə hansısa təzyiq yox idi. Bu bizə əlavə motivasiya verdi. Bu oyunda mütləq qələbə qazanmalı və azarkeşlərimizi sevindirməli idik. Əlbəttə ki, futbolu azarkeşsiz təsəvvür etmək olmur. Son oyunlarda azarkeşlərimizin sayının artdığını görürəm Təbii ki, bu, komandanın arıdıcıl qələbələr qazanması ilə bağlıdır. Biz də qələbələr qazanıb, azarkeşlərimizi artırmağa çalışacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31