29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Fatih Terimin bir sözü var…”

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Sumqayıt” 1:0 hesabı ilə məğlub edib. Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev qələbəni belə şərhə edib: 
 
- Xalqımızın bayramını təbrik edirəm. Matça gəlincə, gərgin alındı. Oyunlarımızın hamısı minalanmış bir meydanda gəzişmək kimidir. Səhv addım ata bilmərik. Bizə oyundan çox, nəticə lazımdır. İtirdiklərimizi itirmişik. Sevinirəm ki, komandamız 5 görüşdür uduzmur. Bu gün nəticəni ilk hissədə təmin edib fasilədən sonra əks-hücumlara bel bağlamaq istəyirdik. Bu da alındı, 2-ci qolu da vura bilərdik. 1:0 sürüşkən hesabdır. Bu gün layiqli qələbə qazandıq. Yolumuza davam edirik.
 
- Bu meydançada iddialı komandalar da xal itirir və hər dəfə də meydançanın pis vəziyyətdə olmasını bəhanə gətirirlər. Necə olur ki, “Kəpəz” qələbə qazanır?
- Bu meydança ən çox bizə mane olur. Bizim hücum quran futbolçularımızın hamısı texniki cəhətdən yaxşıdırlar. Bu qazonda yaratmaq çətin, dağıtmaq asandır. Biz rəqib komandalardan sonra Gəncəyə gəlirik. Hər iki komanda eyni meydançada oynayır. Artıq dillər əzbəri olub, hamı meydançadan şikayətlənir. Futbol yalnız texnika deyil ki. Məncə, bu səbəb deyil. Belə meydança rəqiblərə daha çox sərf edir. Çünki biz evdə oynayırıq, nəsə yaratmalıyıq, udmalıyıq.
 
- “Kəpəz”in Avrokubok şansını necə qiymətləndirirsiniz?
- Futboldur, hər şey ola bilər. Bu gün 4-cü yerlə xal fərqi 5-ə enib. “Qara zolaq”dan çıxmışıq. Sona qədər vuruşacağıq. Yekəxanalıq olmasın, Fatih Terimin bir sözü var – biz bitdi demədən, bitməz. Yəni, ancaq biz özümüz dayana bilərik. Hər şey bizim əlimizdədir. Çox önəmli xallar itirmişik. Bu bizi peşman edir. Allah hər bir yaxşı şeyi çətinliklə verir (“Report”).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31