29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynovla Filip Ozobiç hamıdan öndədi

Bu həftə Topaz Premyer Liqasında XXIII turun oyunları keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” səfərdə AZAL-la qarşılaşacaq. 
 
Bakıda keçiriləcək görüş rəqiblərin mövsümdə 6-cı dueli olacaq. Üç dəfə Premyer Liqada qarşılaşan komandalar Azərbaycan kubokunun 1/4 finalında da 2 matç keçirib. Bu 5 matçdan dördündə qalib gəlib, yalnız birində heç-heçə ilə kifayətlənən “Qəbələ” 8 qol vurub, birini buraxıb.
 
Ümumilikdə isə “AZAL Arena”da keçiriləcək görüş rəqiblər arasında 36-cı matç olacaq. İndiyədək 29 çempionat və 6 kubok görüşündə “Qəbələ” AZAL-la üz-üzə gəlib. Son 6 oyunda uduzmayıb, 5 dəfə qalib gələn “qırmızı-qaralar” ümumi balansda da üstündür. Şimla təmsilçisi 14 dəfə qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. 39 qol vuran “Qəbələ” 38 top buraxıb.
 
Premyer Liqa görüşlərinə gəlincə, ilk dəfə 11 il öncə qarşılaşan rəqiblər yubiley – 30-cu duelə çıxacaq. Çempionatda hərəyə 10 dəfə 3 xal qazanan komandalar 9 dəfə bərabərliklə ayrılıb. Top fərqində isə bakılılar öndədir – 34:33.
 
Ümumilikdə isə 18-ci dəfə rəqiblər AZAL-ın meydanında qarşılaşacaq. Əvvəlki 14 çempionat və 3 kubok duelində bərabərlik hökm sürür. “Qəbələ” də, paytaxt təmsilçisi də 7 qələbə qazanıb, 3 dəfə heç-heçəyə təsadüf olunub. Meydan sahibləri top fərqində üstünlüyə malikdir – 26:22.
 
“Qəbələ”nin AZAL-ın qapısından keçirdiyi 39 topdan 4-ü avtoqolla gerçəkləşib. Digər 35 qola 20 “Qəbələ”lifutbolçu imza atıb. Ən çox fərqlənənlər indi də əyalət klubunda olan Cavid Hüseynovla Filip Ozobiç rəqib qapısından 4 top keçiriblər. Kənan Kərimov 3, Ruslan Qurbanov, Asif Məmmədov, Aleksey Qay, Daniel Subotiç, Viktor Mendi, Fərzad Hatəmi və Kristian Torres isə 2 dəfə qol sevinci yaşayıb. 
 
2006/07 mövsümü
Premyer Liqa
04.11.2006. Gilan (Qəbələ) - Olimpik (Bakı) - 0:3
Xaqani Məmmədov, 32, Yovan Drobnyak, 41, Vidadi Rzayev, 80
03.05.2007. Olimpik (Bakı) - Gilan (Qəbələ) - 3:1
Xaqani Məmmədov, 25, Pathe Banqura, 27, Namiq Əliyev, 62 - Vitali Balamestnı, 33
2007/08 mövsümü
Premyer Liqa
02.09.2007. Qəbələ - Olimpik (Bakı) - 0:1
Fərrux İsmayılov, 38
15.03.2008. Olimpik (Bakı) - Qəbələ - 2:0
Junivan Suares, 22, Fabio Luis Ramim, 80
2008/09 mövsümü
Premyer Liqa 
18.10.2008. Olimpik (Bakı) - Qəbələ - 1:0
Revaz Qetsadze, 4
Azərbaycan kuboku, 1/4 final
25.02.2009. Qəbələ - AZAL (Bakı) - 1:1
Kənan Kərimov, 67-p. - Bəşir Müqədi, 35-p.
11.03.2009. AZAL (Bakı) - Qəbələ - 0:1
Fərzad Hatəmi, 66
Premyer Liqa 
12.04.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Fərzad Hatəmi, 49 - Leandro Qomeş, 86
2009/10 mövsümü
Premyer Liqa 
17.10.2009. Qəbələ - Olimpik-Şüvəlan  (Bakı) - 2:1
Kənan Kərimov, 60, Alves dos Santos, 68-öz qapısına - Anatoli Doroş, 55
Azərbaycan kuboku, 1/8 final
04.11.2009. AZAL (Bakı) - Qəbələ - 2:0
Anatoli Doroş, 73; 74
11.11.2009. Qəbələ - AZAL (Bakı) - 1:0
Kənan Kərimov, 90-p.  
Premyer Liqa 
02.02.2010. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 0:2 
Kristian Torres, 11, 43
2010/11 mövsümü
Premyer Liqa
23.10.2010. Qəbələ - AZAL (Bakı) - 0:0
19.12.2010. AZAL (Bakı) - Qəbələ - 2:2
Qvidas Yuska, 45+5, Robert Petrov, 90 - Arif İsayev, 3, Milan Antiç, 19
2011/12 mövsümü
Premyer Liqa 
19.08.2011. Qəbələ - AZAL (Bakı) - 1:1
Deon Barton, 50 - Viktor İqbekoyi, 43
05.11.2011. AZAL (Bakı) - Qəbələ - 3:0
Tales Şütz, 49, 68, Tərlan Xəlilov, 90+1
2012/13 mövsümü
Premyer Liqa
29.09.2012. Qəbələ - AZAL (Bakı) - 0:0
03.03.2013. AZAL (Bakı) - Qəbələ - 6:1
Viktor İqbekoyi, 17, Cavid Tağıyev, 47, 60, Branislav Arsenyeviç, 71, Zohair Benouahi, 77, Con Olufemi, 90+3 - Mustafa Dabo, 12
2013/14 mövsümü
Premyer Liqa
15.09.2013. AZAL (Bakı) - Qəbələ - 1:2
Con Oluremi, 3 - Viktor Mendi, 9, Daniel Subotiç, 31
22.11.2013. Qəbələ - AZAL (Bakı) - 1:0
Leonardo da Silva, 72
19.02.2014. AZAL (Bakı) - Qəbələ - 1:2
Nedo Turkoviç, 39-p. - Daniel Subotiç, 44, Şəhriyar Rəhimov, 71-öz qapısına
12.04.2014. Qəbələ - AZAL (Bakı) - 0:0
2014/15 mövsümü
Premyer Liqa
30.08.2014. Qəbələ - AZAL (Bakı) - 1:2
Cavid Hüseynov, 82-p. - Rəşad Abdullayev, 45+1-p., Kərim Diniyev, 68 
20.11.2014. AZAL (Bakı) - Qəbələ - 3:3
Eduardo Makiel, 32, Viktor İqbekoyi, 50, Freddi Mombonqo, 80 - Laşa Kasradze, 23-öz qapısına, Markinyos, 70, Cavid Hüseynov, 87-p.
06.02.2015. Qəbələ - AZAL (Bakı) - 0:1
Rəşad Abdullayev, 90+3-p.
05.04.2015. AZAL (Bakı) - Qəbələ - 0:4
Cavid Hüseynov, 24, 41-p., Viktor Mendi, 26, Ekiqo Ehiosun, 86
2015/16 mövsümü
Premyer Liqa
15.08.2015. AZAL (Bakı) - Qəbələ - 0:2
Aleksey Qay, 45+1-p., Aleksey Antonov, 76
28.10.2015. Qəbələ - AZAL (Bakı) - 0:0
30.03.2016. AZAL (Bakı) - Qəbələ - 2:1
Tural Hümbətov, 54, Murad Səttarlı, 73 -  Aleksey Qay, 37-p.
15.05.2016. Qəbələ - AZAL (Bakı) - 2:0
Asif Məmmədov, 21, Kamil Hüseynov, 87-öz qapısına 
2016/17 mövsümü
Premyer Liqa
19.09.2016. Qəbələ - AZAL (Bakı) - 3:0
Filip Ozobiç, 31; Ruslan Qurbanov, 56; Roman Hüseynov, 65
06.11.2016. AZAL (Bakı) - Qəbələ - 0:0
Azərbaycan kuboku, 1/4 final
13.12.2016. Qəbələ - AZAL (Bakı) - 2:1
Filip Ozobiç, 61; Ruslan Qurbanov, 74 - Mirzağa Hüseynpur, 37 
21.12.2016. AZAL (Bakı) - Qəbələ - 0:1
Asif Məmmədov, 53
Premyer Liqa
08.02.2017. Qəbələ - AZAL (Bakı) - 2:0
Filip Ozobiç, 64-p.; 90+3
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31