19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” liderliyə yüksəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.  

U-19 evdə “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanıb - 4:0. 24 oyunda 56 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasında “Qəbələ” “Neftçi” ilə qolsuz heç-heçə edib. 19 qarşılaşmadan sonra hesabında 45 xalı olan “Qəbələ” 4-cü pillədədir.

Paytaxt zonasında çıxış edən U-14 “Vətən” RİOEUG ilə matçdan bərabərliklə ayrılıb - 1:1. 14 matçda 29 xal toplayan komanda 4-cü sırada yer alıb.

U-13 də eyni rəqiblə qarşılaşıb. 1:0 hesablı qələbə  qazanan “qırmızı-qaralar” 16 qarşılaşmadan sonra 35 xala malikdir. Bu qələbə “Qəbələ”ni liderliyə daşıyıb.

U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən “Qəbəlıə” komandaları növbəti oyunlarını keçirib.

“Qəbələ” “Kürmük”ə qalib gəlib - 4:0. UGİM isə Oğuz UGİM-i ilə heç-heçə edib - 1:1. 16 turdan sonra “qırmızı-qaralar” 48 xalla 1-ci, “məktəblilər” 31 xalla 3-cüdür.

Eyni zonada çıxış edən U-11-lərin yarışında “Qəbələ” “Daşqın”ı 7:0, UGİM Qax ROİL-ini 3:1 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 40 xalla 2-cidir.

Qızların Yüksək Liqa yarışlarında XIV tur baş tutub. “Qəbələ” “Zaqatala”nı 4:0 hesabı ilə məğlub edib. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” çempionatın lideridir.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30