25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Bəhmən Həsənov: "Rəvan"ın I Diviziondan kənarlaşdırılacağını bilirdim"

"Mən tutduğum vəzifədən 10 gün əvvəl istefaya getmişdim. Oğlumun səhhətindəki problemlərlə əlaqədar belə qərar vermişdim. Keçmiş komandamın çempionatdan kənarlaşdırıldığını az əvvəl eşitdim". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə Azərbaycan I Divizionundan kənarlaşdırılmış Bakının "Rəvan" klubunun sabiq baş məşqçisi Bəhmən Həsənov deyib. 
 
O, qərarı təəssüflə qarşıladığını bildirib: "Bu, heç də yaxşı hal deyil, çox pis dəyərləndirirəm. Mən buna inanmıram. Keçmiş futbolçulara borcumuzun ödənilməyəcəyi halda aşağı liqaya göndəriləcəyimizi bilirdim. Amma danışılmış oyunlarda iştirak səbəbindən belə qərar veriləcəyi ağlıma gəlməmişdi". 
 
Həsənov qış fasiləsindən sonra cəmi 2 oyunda - "Turan Tovuz"la "Zaqatala"ya uduzduqlarını söyləyərək, bunları yol yorğunluğu ilə əlaqələndirib. Onun fikrincə, II dövrədə danışılmış oyunda iştirakları mümkün deyil: "Çünki qış fasiləsində heyəti gücləndirmişdik. Ağır oyunlardan qalib ayrılmışıq. Bilmirəm səbəbi nədədir. Ötən gün "Şərurspor" və "Göyəzən" komandalarının adları çəkilib. Amma "Rəvan"ın adı danışılmış oyunlarda hallanmayıb".
 
Qeyd edək ki, AFFA İntizam Komitəsi UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor”u I Diviziondan kənarlaşdırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30