19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qara Qarayevlə Maksim Medvedev AFFA-nın yeni layihəsində

AFFA və UNICEF- yeni layihəyə start verib. Futbolxeber.az saytının məlumatına görə, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. 
 
Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.
Kampaniya çərçivəsində adları aşağıda göstərilmiş futbolçuların iştirakı ilə sosial videoçarx çəkilib:
 
Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı
 
Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi 
 
Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi
 
Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi
 
Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNICEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.
 
Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30