19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Energetik” baş məşqçisinə sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda Azərbaycan I Divizionunun XIX tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Səbail” – “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Saşa Yunisoğlu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunurb.
 
“Energetik” – “Ağsu” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Həmin oyunun 90+3-cü dəqiqəsində ev sahibi komandanın baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq texniki zonadan uzaqlaşdırılıb, kluba 400 manat cərimə kəsilib.
 
“Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində qonaq komandanın futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
MOİK – “Rəvan” matçının 65 -ci dəqiqəsində qonaq komandanın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
“Bakılı” – “Şəmkir” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30