29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” Ronaldinyo ilə müqavilə bağladı

“Qəbələ” ilə Ronaldinyo arasında gözlənilən müqavilə bağlanıldı. Futbolxeber.az saytının məlumatına görə,  tərəflər bir az əvvəl Dubay şəhərində 2 illik saziş imzalayıb. 
 
“Qırmızı-qaralar”dan müqaviləyə klubun vitse-prezidenti Fariz Nəcəfov, qarşı tərəfdən isə Ronaldinyo imza atıb. Bu barədə məlumatı  futbolinfo.az-a açıqlamasında “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov verib: “Artıq müqavilə bağlanılıb. Tədbirdə ilk olaraq klubumuzun kommersiya direktoru Mustafa Aktopalın təqdimatı ilə videoçarx təqdim edildi. Videoda “Qəbələ”, Akademiyamız, ölkəmiz və ölkəmizdəki idman hərəkatı haqqında məlumat verildi. Daha sonra mətbuat konfransı keçirildi, hər şey planlaşdırdığımız kimi keçdi”. 
 
Kərimov həmçinin məktəbin harada olacağı ilə bağlı məsələ haqqında danışıb: “Bakıdakı məktəbin yeri hələ ki, dəqiq bilinmir. 2 variant üzərində iş gedir. Bu işlə başqa səlahiyyətli şəxslər məşğul olur. Onlar hazırda bəzi prosedur işlərinin həll olması ilə məşğuldular. Bu məsələ həllini tapdıqdan sonra isə kluba göstəriləcək və biz təsdiq edəcəyik. Açılış mərasiminin vaxtı tikintinin başa çatmasına əsasən müəyyən ediləcək. Ronaldinyonun özü açılış mərasiminə gələcək”.
 
Qeyd edək ki, “Ronaldinho Soccer Academy” veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31