25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Gözəldən “Neftçi”yə xəbərdarlıq

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolxeber.az saytının məlumatına görə, "Boulevard Hotel"də təşkil olunan yığıncaqda iştirak edən “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
 
- “Qarabağ”ın qış fasiləsindən sonrakı çıxışlarında zəiflik hiss olunur. Komandada nəsə çatışmazlıqlar, problem var?
- Yox, belə deyil. Şəxsən mən belə düşünmürəm. Mən ümidliyəm. 6 oyunumuz qalıb. Hələ ki hamıdan irəlidəyik. “Neftçi” - “Qəbələ” (1:0)  oyunu çox maraqlı alındı. Mən “Qarabağ”a inanıram və hesab edirəm ki, son 6 oyunda yaxşı çıxış edib hədəfimizə nail olacağıq.
 
- Builki “Qarabağ”ın avrokubokda yenə qrupa düşməyə gücü çatacaqmı?
- Mənim bu barədə fikrim müsbətdir. Hesab edirəm ki, buna gücümüz çatacaq.  
 
- Amma onu da nəzərə alaq ki, əsas oyunçularınızı itirmisiz. Reynaldo klubdan getdi, Dani Kintana zədəlidi...
- Daninin zədəli olması bizim üçün həqiqətən də böyük itkidi. Sizinlə razıyam. Biz də imkanımız çatan qədər oynayacağıq. Amma inanıram. Bizdə motivasiya yüksəkdi. Gücümüzə inanıram. Əminəm ki, komandamız öz oyun sxemini quracaq.
 
- Çempionlar Liqası, yoxsa Avropa Liqasının qrupuna düşəcəyinizə inanırsız?
- Əlbəttə ki, arzum Çempionlar Liqasıdı.
 
- Bunlara nail olmaq üçün yeni transferlər gözlənilirmi?
- Biz sponsor olaraq, hazırıq. Qurban Qurbanova baxırıq. O, futbolçu bəyənib, seçir. Onu eşidirik. Komandaya yeni oyunçu cəlb etmək də ağır prosesdir. Qurbanov da baxır, nümayəndələri də ölkə xaricinə göndərir. Əgər hansısa futbolçu bəyənilsə, biz onu transfer etməyə hazırıq.
 
- Cari mövsüm “Qarabağ”ın “Qəbələ” ilə oyunları ajiotaj yaradır.  Azarkeşlər arasında yaşanan bu gərginlik sizi narahat etmir ki?
- Mən üzülürəm. Hamımız Azərbaycan klublarıyıq. “Qəbələ” həmişə güclü klub olub və olacaq da. Futbolda yenmək də var, yenilmək də. Əksinə, mən “Qəbələ”ni təbrik etdim. Bizə qarşı gözəl oynayıb, qələbə qazandı. Onları da təbrik etdim. Mən orda başqa nəsə görmədim. Hesab edirəm ki, bizim aramızda belə problemlər olmamalıdır.
 
- 8 komandalı çempionatdır və liderlərin digər komandalarla arasındakı xal fərqi çoxdur. Bu rəqabətsizlik “Qarabağ”ın avrokuboklardakı çıxışına təsir göstərməyəcək ki?
- Əlbəttə, təsir edəcək. Bugünkü imkanlar nədisə, biz onun üçün əlimizdən gələni edəcəyik. Amma istərdik ki, çempionatda ən azı 10 komanda olsun. Lakin hesab edirəm ki, çox da pis deyil. “Qəbələ” kimi bizə çətinlik yaradan klublar var.
 
- Kubokun yarımfinalında əzəli rəqibiniz “Neftçi” ilə qarşılaşacaqsınız. Onlar da qış fasiləsindən sonra çox güclənib. Matç haqda nə düşünürsüz?
- Düzdü, o oyun, xüsusilə də, mənim üçün ilin tarixi matçı olacaq. Onu mən böyük həvəslə gözləyirəm. 
 
- Komandanı necə motivasiya edəcəksiz?
- Bunun üçün öz yollarımız var. Hər sirrimizi açıqlaya bilmərik. Ancaq mən şəxsən müdaxilə edəcəm.
 
- Son turda da “Neftçi”nin qonağı olacaqsız. Bu komandanın stadionunda qazanıla biləcək çempionluq nəsə fərqli hisslər yaradacaqmı?
- “Neftçi”ni öz meydanında məğlub etmək… Ən böyük zövqü də elə bu verəcək. Amma “Neftçi”yə xəbərdarlıq edirəm, “Qarabağ” bu barədə iddialıdı. Amma doğrudan da onlar əla komanda yığıblar, gözəl formadadı. İnanıram ki, həmin matçda möhtəşəm “Qarabağ” görəcəksiz. Biz buna hazırlaşırıq və bu oyunla bağlı həssaslığımı futbolçular da bilir.
 
- Sizin üçün “Neftçi”yə qarşı oynamaq “Qəbələ” ilə matçdan daha prinsipialdı?
- Mənim üçün “Neftçi” – “Qarabağ” görüşünün yeri ayrıdı. Bu, “Şirlərin savaşı”dı. Çox maraqlı matç izləyəcəyik.
 
- Arxada qalan ildə “Qarabağ”ın büdcəsində hər-hansı problem olmayıb?
- Şükürlər olsun ki,  problemimiz yoxdu. Büdcəmiz sabitdi, nə böyümür, nə azalmır. Bunu olduğu kimi saxlayırıq. Ona görə siz deyəndə yeni transfer edəcəksizmi buna uyğun büdcəmiz var, cavablarımız realdı. Amma bir şey deyim. Bütün neft ölkələrində çətin şəraitdi. Buna baxmayaraq, sponsorumuz “Azərsun Holdinq” böyük fədakarlıq göstərir. Amma “Qarabağ” adı bizim üçün dəyərlidi. Bilirsiz ki, bu gün cəbhədə döyüşlər var. Hərdən acı şəhid xəbərləri də alırıq. Ona görə də məsuliyyətimizi bilirik. Bu gün “Qarabağ”ın adını yaşatmaq bizim üçün çox önəmlidi. Mən də “Qarabağ”ın prezidenti kimi bunu həmişə dəstəkləyirəm. Bu üzdən də şükürlər olsun ki, büdcəmizdə geriləmə yoxdur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30