25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Proseineçki: “Almaniya ilə qarşılaşma ən asan oyunumuz olacaq”

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolxeber.az saytının məlumatına görə, "Boulevard Hotel"də təşkil olunan yığıncaqdan sonra millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
 
- Qətərlə oyun bizim üçün çox vacib idi. Almaniya ilə oyuna az qalıb. Buna görə də qələbə çox vacib idi. Həmin matçda ancaq yerli çempionatda çıxış edənlərə gevəndik. Qalib gəldiyimiz üçün şadıq. 
 
- Şahruddin kimi klubunda oynayan futbolçuların milliyə çağırılması narazılıq doğurdu. Amma Nizami Hacıyev kimi futbolçular yığmadan kənar qaldı…
- Millinin baş məşqçisi mənəm və buna mən qərar verirəm. Çox adam çox şey deyə bilər. Amma bu mənim seçimimdir. Mən milliyə çağırılan bütün futbolçuları lazım bilmişəm. Ona görə də dəvət etmişəm. 
 
- Almaniya ilə oyunda əsas problemlərdən biri də qapı xətti ilə bağlıdır. Kamran Ağayev zədə səbəbindən xeyli müddətdir ki, oynamır. 
- Razıyam, qapı ilə bağlı problemlərimiz var. Kamran artıq ehtiyatda qalır. Səlahət Ağayev Qətərlə oyunda yaxşı idi. Ondan razı qaldım.  Təəssüf ki, oyunun sonunda zədələndi. Almaniya ilə matça hələ 10 gün var. Bilmirik, necə olacaq. Amma Kamran bizim 1 nömrəli qapıçımızdır. 
 
- Millimizdə oynamağa razılıq verən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanı cəmi 1 günlük çağırdınız. Buna səbəb nə idi? Ab-hava məsələsi olsaydı, onsuz da, “Qarabağ”da milli futbolçularımızla bir yerdə oynayır və ab-havanı bilir.
- Almeyda Almaniyaya qarşı oynamayacaq. Ona görə də risqə getmək istəmədik. Qətərlə oyunda Almaniyaya qarşı çıxış edə biləcək futbolçuları yoxlamağa qərar verdik. Onunla bağlı sənədlər qaydasındadır.
 
- Almaniya ilə oyunda komandaların səviyyə vərqi hamıya məlumdur. Komandanı bu oyuna kökləmək çətin olmayacaq ki?
- Bizim üçün Almaniya ilə qarşılaşma ən asan oyunumuz olacaq. Çünki Almaniyanın gücü hamıya məlumdur. Rəqibimiz nəinki qrupun, ümumilikdə dünya çempionatının favoritidir. Ona görə də komandanın kökləmək çətin olmayacaq.
 
- Sizi məşhur Almaniynın məşhur jurnalı “Kicker”in əməkdaşı ilə görüşmüsünüz. Həm görüşdən sonra onlar yazıb ki, Almaniya Azərbaycana 5 qol vuracaq. 
- Bəli, görüşmüşük, amma belə söhbət olmayıb. Mən ona demişəm ki, Azərbaycanla oyun Almaniya üçün çətin olacaq.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30