19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Əsas hədəfimiz kubokdur”

Bu gün Topaz Premyer Liqasında XXII turu çərçivəsində “Neftçi” doğma meydanda “Qəbələ”ni 1:0 hısabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra ev sahibi komandanın yarımmüdafiəçisi Namiq Ələsgərov Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Çətin oyun keçəcəyini bilirdik, elə də oldu. Şükürlər olsun ki, qələbə qazandıq. Meydanda yaxşı mübarizə apardıq. Bunun da bəhrəsini gördük.
 
- Oyundan əvvəl sizə demişdilərmi ki, 0:8 hesablı məğlubiyyətin qisasını almaq lazımdır? Çünki “Neftçi” “Qəbələ”yə nisbətən çox istəkli idi.
- Bəli, belə bir şey olmuşdu. Bu gün meydanda “Neftçi”nin adı üçün də oynayırdıq. İstəyirdik ki, bu məğlubiyyəti yaddan çıxaraq.
 
- Qələbə qolunu da sən vurdun. Düşünülmüş epizod idi?
- Ondan əvvəl də 1-2 epizod oldu ki, top oraya gəldi, lakin mən çatmadım. Mənə oranı bağlamaq tapşırılmışdı. Budəfəki epizodda da vurdum, qol oldu. 
 
- Bu mövsüm çempionatda nə motivasiyanız olacaq. 4-cü yerdən çox uzaqsınız.
- Çox uzaq deyəndə, 6 xal fərqimiz var. Deməzdim ki, şansızım qalmayıb. 4-cü yeri tutmaq üçün hələ şansımız var. Həm 4-cü yer üçün oynamayacağıq, həm də əsas hədəfimiz kubokdur.
 
- Yəni bütün diqqətiniz kuboka yönəlib?
- Yox, çempionatdan da əlimizi üzməmişik. 
 
- Bu qələbə sizə şans yaratdı. Uduzsaydınız, şans qalmayacaqdı…
- Bəli, uduzsaydıq, şans qalmayacaqdı. Ona görə də bu oyun bizim üçün həlledici oyunlardan idi. 
 
- Səncə, bu nəticə keçmiş komandan “Qarabağ” çempionluq şansını artırırmı? 
- Dediyiniz kimi, bu mənə aid sual deyil. Yəqin ki, bu şansı əldən verməzlər. 
 
- Bugünkü oyunu “Neftçi”nin qış fasiləsindən sonra göstərdiyi ən yaxşı oyunadlandırmaq olar? 
- “İnter” və “Sumqayıt”a qarşı da yaxşı oynamışdıq. Bu da həmin yaxşı oyunlardan biri oldu. 
 
- Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlasanız da, hələ də komanda stabillik göstərmir: gah udur, gah uduzur…
- Məncə, oyunçuların yeni olmasından irəli gəlir. Digər komandalardakı futbolçular çoxdandır bir yerdə oynayırlar. Bizdə isə demək olar ki, komanda yenidən yığılıb. Ona görə də biz az stabillik yoxdu. 
 
- Növbəti tur evdə “İnter”lə oynayacaqsınız. Bugünkü qələbənin ardı gələ bilərmi?
- Əlbəttə, istəyirik. Ardı gəlsin. Çalışacağıq ki, 4-cü yer üçün şansımızı itirməyək. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30