20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Muarem: “İşlər yaxşı getməyə bilər, çətinlik çəkərik”

Bu gün Topaz Premyer Liqasında XXII turu çərçivəsində “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hısabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
- Oyuna yaxşı yaxşı hazırlaşmışdıq. AZAL-ın yaxşı komanda olduğunu bilirdik. Səfərdə 2:1 qalib gəldiyimiz oyunda da yaxşı oynamışdılar. 10 nəfər qalsalar da… Kənardan necə göründüyünü bilmirəm, amma meydanda çətin oyun keçir. Biz də zirvədən uzaqlaşmamaq üçün mütləq qalib gəlməli idik. 3 xal qazandığımız üçün çox şadıq. Ümid edirəm ki, davamı gələr.
 
- Belə çətin qələbə qazanacağınızı gözləyirdiniz?
- Əlbəttə, bilirdik. Baş məşqçi də bizi hazırlayırdı. Oyundan 2-3 gün əvvəl bizimlə bu barədə xeyli danışdı. Təbii ki, onlar AZAL-ın oyunlarını yaxından təhlil edirlər. Son matçlarda çox yaxşı oynadıqlarını deyirdilər. 
 
- İlk yarı çox sönük oyun getdi…
- Bayaq dediyim kimi… Baş məşqçimiz oyundan əvvəl dedi ki, işlər yaxşı getməyə bilər, çətinlik çəkərik. Ona görə də səbirli olmalıyıq. Şükürlər olsun ki, ikinci yarı qol vura bildik. 
 
- “Qarabağ”ın yenidən çempion olmağı üçün “Qəbələ”nin də xal itirməsi lazımdır. Bugünkü oyunda görüşdə əsas rəqibinizə məğlubiyyət arzulayırsan?
- Əlbəttə ki, biz 1-ci olmaq istəyirik. Kim istəməz ki… Onlar da yaxşı komandadır. Həqiqətən bu gün onları da çətin oyun gözləyir. Biz sadəcə qarşıdakı oyunlarımız haqda düşünmək istəyirik. Onları düşünmək istəmirik. Qarşıda 6-7 oyunumuz var. Onları da yaxşı nəticə ilə bitirib, əlbəttə ki, çempion olmaq istəyirik. 
 
- Azərbaycan millisinin qarşıda Almaniya ilə çətin oyunu var. Bu barədə də fikirlərini öyrənmək maraqlı olardı? Ümumiyyətlə, millimizin oyunlarını izləyirsən?
- Əlbəttə, izləyirəm. Millinin buradakı oyunlarda da həmişə stadionlara gedirəm. Uşaqlar sağ olsunlar, billet verirlər. Onları çətin oyun gözləyir. Almaniya millisi həqiqətən də böyük komandadır. Almaniya həmişa finallarda oynayan, dünya kuboklarını qazanan bir komandadır. Məncə, bu, Azərbaycan millisini üçün çox yaxşı təcrübə olacaq. 
 
- Sizcə, Almaniya böyükhesablı qələbə qazanar?
- Mən belə düşünmürəm. Yoldaşlarımı dəstəkləyirəm, sona qədər də dəstəkləyəcəm. İnşallah, yaxşı olar. Futbolda heç nə əvvəlcədən bilinməz. 
 
- Əvvəllər sən də Makedoniya millisində oynamısan, amma son vaxtlar yığmada görünmürsən…
- Bu mənlə bağlı məsələ deyil. Şükürlər olsun ki, burada oynayıram. Bu, baş məşqçinin işidir. Çağırsa da, çağırmasa da, hörmətlə yanaşıram. Çağırsa, orada da əlimdən gələni edərəm.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30