19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Julien Ebah: “Bu təkcə mənim adıma yazılacaq iş deyil”

“Kəpəz” Gəncədə “Zirə” üzərində qazandığı 1:0 hesablı nəticə ilə qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolxeber.az saytının məlumatına görə, bundan əvvəlki 8 görüşdə 3 xal qazana bilməyən “sarı-göylər” həm də 2017-ci ildə ilk dəfə qalib gəlib.
 
Komandanın bu uğurunda bütün futbolçular kimi Julien Ebahın da rolu danılmazdır. Məhz kamerunlunun vurduğu qol Nizami yurdunun təmsilçisinə qələbə gətirdi. Ebah matç ilə bağlı klub saytına açıqlama verib: “Digər oyunlar kimi bu matçımız da çətin alındı. Ötən tur qələbə qazanmağa yaxın olsaq da, son dəqiqələrdə buraxdığımız qolla 2 xal itirmişdik. Bu il çempionatda qələbə qazana bilmədiyimizdən üzərimizdə təzyiq vardı. Qələbəsiz çətin idi. Ona görə də "Zirə"yə qarşı görüşdə meydana ancaq 3 xal məqsədi ilə çıxmışdıq. Bunu da bacardıq. Bizim üçün əhəmiyyəti böyük olan oyunda qalib gəldik”.
 
Legioner futbolçunun vurduğu qol özü üçün də əlamətdar olub. Belə ki, Julien xeyli müddət idi ki, fərqlənə bilmirdi: “Qol vurmağımı normal qəbul edirəm. Fərqlənməyimdə təəccüblü bir şey yoxdu. Hücumçuyam, rəqib qapısına ən yaxın mövqedə oynayıram, odur ki, qol vurmaq mənim işimdi. Düzdü, mənim qolum oyunda yeganə olduğundan qalib gəlməyimiz üçün vacib rol oynadı. Ancaq bu təkcə mənim adıma yazılacaq iş deyil, bütün komandanın əməyidi. Hər matçda fərqlənməyə çalışıram, amma bir müddət idi ki, alınmırdı. Qolumu yeni doğulan qızıma həsr edirəm. Onun şərəfinə qol vurduğum üçün çox xoşbəxtəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30