18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Samir Abasov: “Qorxduğumuz başımıza gəldi”

Bu gün Topaz Premyer Liqasında XXII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Kəpəz” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərhə edib:
 
- Oyunun ikinci yarısı bizim üçün daha yaxşı keçdi. Burdan ən azı heç-heçəylə qayıtmaq istəyirdik, ancaq alınmadı. “İnter” qalib gəldi deyəndə ki, qolu biz hədiyyə etdik. Novruz bayramına hələ bir həftə qalsa da, oyunçular tez hədiyyə etməyə başlayıblar. Qorxduğumuz başımıza gəldi. Bilmirəm komandanın belə oyununun səbəbi nədi. Qarşıda bizi Gəncədə çətin oyun gözləyir. Qorxum rəqibə görə yox, özümüzə görədi. Bəlkə də, hər şey təcrübəsizlikdən irəli gəlir. Pis olası bir şey yoxdu. Əsas odu ki, yüksək liqada yerimizi təmin edib, məqsədimizə çatmışıq. Ancaq hər şey bitməyib. İndi əsas hədəf növbəti görüşlərdə qalib gəlib, özümüz-özümüzü sevindirməkdi.
 
- “Qarabağ”la oyunda 5 müdafiəçiylə oynamışdız, indi isə 4. Bu dəyişikliklər nə ilə bağlıdı?
- “Qarabağ”ın mərkəzində daha güclü oyunçular çıxış etdiyinə görə 3 dayaq yarımmüdafiəçisiylə çıxdıq. Biz “Qarabağ”dan çəkinmirdik. Bu gün öz sistemimizə qayıtdıq. Uşaqlar buna daha çox öyrəşiblər. “İnter” də bu sistemlə oynayır. Yəqin ki, dəyişiklik olmasa, “Qarabağ”la növbəti oyunda da bu sistemlə oynayacağıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30