20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Nazarov: “Bu mənim üçün problem deyil”

Hazırda Almaniya 2-ci Bundesliqa təmsilçisi "Ersqebirqe"də çıxış edən millimizin üzvü Dmitri Nazarov açıqlamalar verib. Futbolxeber.az saytının məlumatına görə, Almaniya mətbuatına danışan təcrübəli yarımmüdafiəçi komandasının ən sərrast futbolçuları arasında yer almasından söhbət açıb: 
 
“Qol vurmaq və komandanın ən sərrast oyunçularından biri sayılmaq yaxşıdı. Ancaq qələbə qolunun müəllifi olmağın xüsusi bir önəmi yoxdu. Penaltini yerinə yetirərkən topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm. Başqa nəsə fikirləşmirəm. Zərbə anında gördüm ki, qapıçı həmin kücə tullanır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə vuranda heç vaxt topun qapıdan keçib-keçməyəcəyini düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.
 
Qeyd edək ki, Nazarovun formasını geyindiyi "Ersqebirqe" klubu II Bundesliqanın XXVI turunda “Karlsrue”ni məğlub edib – 1:0. Komandanın yeganə qolunu millimizin üzvü 36-cı dəqiqədə penaltidən vurub. Bununla da, o, Paskal Kökpedən sonra 4 qolla komandasının ən məhsuldar ikinci futbolçusu olub. Nazarovun komandası hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30