20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qara Qarayevdən komandasına qarşı hörmətsizlik

Bu gün əvəzedicilərin çempionatında baş tutan "İnter" - "Sumqayıt" görüşü meydan sahiblərinin düşərgəsində suları bulandırıb.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, meydan sahiblərinin (2:3) məğlubiyyəti yaşanan hadisənin yanında toya getməli olub.

İlk yarıdan sonra hesabda 2:1 öndə olan "İnter"də 2-ci hissənin startında əvəzetmə olub: Füzuli Məmmədov Qara Qarayevi döyüşə atıb. Lakin cəmi 10 dəqiqədən sonra mütəxəssis Qarayevi əvəzləmək qərarına gəlib.Bundan hiddətlənən hücumçu ehtiyat oyunçular skamyasına yollanmayıb və görüşü kənardan seyr etməyi üstün tutub. Final fitinə 5 dəqiqə qalmış qonaqlar hesabda önə keçib və bu qolu Qara alqışla qarşılayıb. Bunu görən Məmmədov "rəqib komandanın qoluna sevinirsən?" - futbolçusuna ittihamdolu sual ünvanlayıb.

Məsələ bununla bitməyib. "İnter"in əsas heyətinin axşamkı məşqinə qatılmaq istəyən Qaraya baş məşqçi Zaur Svanadze qapını göstərib.

Hadisənin həqiqətə uyğun olub-olmaması ilə bağlı gürcü mütəxəssisə müraciət etdik. 58 yaşlı məşqçi dediklərimizi təsdiqlədi: "Qaranı komandadan qovmamışam. Yaşanan hadisəyə görə, məşqə buraxmadım. Onun taleyinə hələ ki, aydınlıq gəlməyib. İndi bütün diqqətimiz sabahkı oyuna yönəlib. Bundan sonra yaşanmış hadisəylə bağlı rəhbərliklə müzakirələr aparacağıq və Qarayevin taleyinə aydınlıq gətirəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30