29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Cavid Hüseynov millimizin heyətində ən yaxşı oyunlarından birini keçirdi”

Qətər və Azərbaycan milli komandaları arasında Doha şəhərində keçirilmiş yoldaşlıq oyununu (1:2) izləyənlər arasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da olub.

Futbolxeber.az saytının məlumatına görə, görüşdən sonra Sadıqov fikirlərini affa.az-a bildirib:

“Hər iki komanda üçün əhəmiyyətli oyun idi. Qətər oyunu qapalı keçirməklə öz rəqiblərindən hansısa taktiki gedişləri gizlin saxlamağa çalışdı. Bilirik ki, onları İran və Özbəkistan yığmaları ilə çətin oyunlar gözləyir.

Eyni vaxtda millimiz qrupun favoriti, dünya çempionu Almaniya yığması ilə qarşılaşacaq. Yəni hər iki komanda strateji hədəflərə nail olmaq üçün yoldaşlıq matçının keçirilməsinə razılıq veriblər.

Millimiz üçün vacib olan məqamlardan biri Şimali İrlandiya yığmasına ağır məğlubiyyətdən sonra qələbə qazanmaq, psixoloji cəhətdən qarşıdakı matça hazırlaşmaq idi. Bu qələbə Bakıda güclü rəqiblə keçiriləcək oyuna yaxşı motivasiya olacaq. Robert Prosineçki Almaniya millisi ilə oyunda istifadə edəcəyi modeli sınaqdan keçirdi. Komandamız sürətli əks-hücumlar qururdu. Bəzi əks-hücumlar çox kəskin alındı. Prosineçki bu oyunda həm də ehtiyat qüvvəni sınaqdan keçirdi və bu da əsas qazancımız oldu. Abbas Hüseynov, Mahir Mədətov, Tellur Mütəllimov kimi gəncləri qeyd etmək olar. Xeyli vaxtdan sonra baş məşqçi Cavid Hüseynovu milliyə qaytardı və o, komandamızın heyətində ən yaxşı oyunlarından birini keçirdi. Sadaladıqlarıma əsaslanıb oyunun vaxtında və yerində təşkil edildiyini, nəticənin də qənaətbəxş olduğunu qeyd edə bilərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31