20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

İslamiadada iştirak edəcək futbol komandalarının adları açıqlanıb

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının iştirakçı komandaları açıqlanıb.
 
Futbolxeber.az-ın məlumatına görə, İslamiadanın Əməliyyat Komitəsindən "Report"a verilən bilgiyə görə, 8 kollektivin mübarizə aparacağı turnirdə ev sahibi Azərbaycan milli komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları çıxış edəcək. Hər bir ölkə 23 yaşadək futbolçulardan ibarət yığma ilə təmsil olunacaq. Lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 oyunçu da heyətdə yer ala bilər.
 
Püşk nəticəsində 8 komanda 2 qrupa bölünəcək. Qrup mərhələsinin oyunlarından sonra hərəsindən 2 ən güclü yığma yarımfinala yüksələcək. 1/2 final görüşlərinin qalibləri finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
 
Qeyd edək ki, oyunlar "Bayıl Arena", "Dalğa Arena", "AZAL Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnirə mayın 8-də start veriləcək. Final qarşılaşması isə mayın 21-də Respublika stadionunda olacaq. Biletləri martın 19-dan etibarən "Bakı 2017"nin veb-saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30