20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Futbol və hakimlər... YAZI

       Dahilərdən kimsə deyib ki, futbol ayaqla oynanılır. Gözəl deyib. Baxmayaraq ki, arada başla da oynanılır, amma əsasən ayaqla oynanılır futbol.

       Maradona kefinə düşəndə əlnən də oynayırdı. Oyun qaydalarına zidd olsa da, hakimlər bunu qayda pozuntusu kimi qeydə ala bilmirdilər. Çünki Maradona bunu çox peşəkar edirdi. Həm də o vaxtlar hakim sayı 3 idi, texniki avadanlıqlar yox idi. Indi gözəgörünməzə şükür olsun ki, elm və texnikanın inkişafı hesabına hakimlər qayda pozuntularının çoxundan xəbər tuturlar.

       Azərbaycanda da futbol var, oyunçular da var və hətta komandalar da fəaliyyət göstərir. Bunu nəzərə alaraq, Azərbaycanda analoqu olmayan AFFA adlı qurum yaradıblar. Baxmayaraq AFFA adındadıki abreviaturanın son iki hərfi məna baxımından eynilik təşkil edir, amma adın gözəl səslənməsi üçün eyni mənalı iki sözü bir adda birləşdiriblər.

       Həmin AFFA adlı qeyri-hökümət təşkilatında başqa-başqa qurumlar fəaliyyət göstərir, əsas qurumlardan biri Hakimlər Komitəsidi.

       Komitənin əsas fəaliyyəti yerli hakimlərin buraxdığı səhvləri onların üzünə çırpmaqdı. Komitənin iş yükü ağır olur. Bu iş yükünü azaltmaq üçün AFFA-da başqa bir komitədə də yaranıb, adını da Media Komitsi qoyublar. Adıynan böyüsün.

       Əsas məsələdən yayınmayaq. Deməli AFFA-nın HK-sı İK-sına (İntizam Komitəsi) deyib ki, bə bizim hakimləri döyüblər.

       Konkret olaq bir az. “Kəpəz” - “Qəbələ” oyununda “Qəbələ”nin texniki heyətinin üzvü Səməd Nəsibov güya hakimi döyüb. Döymə faktı varsa, ölən yerindən inzibati xəta var. Məntiqi olaraq ortaya belə sual çıxır, əgər Səməd Nəsibov hakimi döyübsə, onda hakim niyə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Müraciət edilməyibsə, niyə cərimə edilir? Yəni belə sualları nə qədər istəsəz AFFA-nın hüquqşunası Rəmiş müəllimə vermək olar. Bilirəm ki, cavab olmayacaq.

       Bu yerdə yadıma bir lətifə düşdü. Deməli Uşaqları polis bölməsinə ekskursiyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar! Məmmədqulu soruşur: Bunları axtarırsız? Polis işçisi: Bəli

Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?      

       AFFA baş bilənləri “Qəbələ” klubuna müraciət edə bilərdilər ki, bə 38 min manata ehtiyacımız var, bizə pul verin. İnanıram ki, elə bu məbləği “Qəbələ” azarkeşləri toplayıb Elxan Məmmədova verə bilərdilər.

       Mehman Muradlı      




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30