29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Abdullayev: “Səhvimi burada açıqlaya bilmərəm”

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi”  doğma meydanda “Kəpəz”ə 1:2 hesabı ilə uduzub. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elxan Abdullayev məğlubiyyəti belə şərhə edib:
 
- Bu oyun çox vacib idi. Ancaq təəssüf ki, uduzduq. Deyərdim ki, “Zirə” bizim üçün narahat rəqibdi. Artq 3-cü ildi ki, bu komandaya çempionatda qalib gələ bilmirik. Bəlkə, bunun da futbolçulara təsiri var. 1:0 hesabda irəli idik, üstünlük də bizdə idi. Ancaq məğlub olduq.
 
- Sizcə, məğlubiyyətdə Vaylonun rolu nə dərəcədə idi?
- Hər şeyi qapıçının üstünə atmaq olmaz. Bütün komanda məğlub olub. Bu oyunda “qalib heyəti dəyişməzlər” prinsipi ilə yenə Vayloya şans verdim. Məqsəd İsayevin yerinə Kamal Qurbanova şans verməyimə səbəb də, Məqsədin gözündə problem olması idi. Düzdü, Vaylonun səhvləri var idi, ancaq bütün oyunçularda səhv olur.
 
- “Neftçi” qış fasiləsində bir çox transferlər etsə də, qışda bu cəhətdən fərqlənməyən “Zirə”yə məğlub oldu...
- Dediyim kimi, bunu ancaq sindromla əlaqələndirmək olar. Üstünlük bizdə olsa da, rəqib 5 dəqiqəyə 2 qol vurdu. Rəqib oyunçu, bəlkə də, neçə dəfə 30 metrdən zərbə vursa, qol olmazdı. Ancaq belə alındı.
 
- Artıq “Zirə”ylə aranızda 9 xallıq fərq var. Demək olar ki, bundan sonra ancaq kuboka köklənəcəksiz?
- Düzdü, 9 xallıq fərq var. Ancaq hələ heç nə bitməyib.
 
- Komandanın “feyr-pley” qaydalarına riayət etməməsi barədə nə deyə bilərsiz?
- Əsas futbolçuların sağlamlığıdı. Bu, istənilən 3 xaldan önəmlidi. Mən buna riayət etməyən futbolçuya nə deyə bilərəm? Ancaq, bəlkə də, görməyib...
 
- Qış fasiləsindən sonra ən böyük səhviniz kimi nəyi görürsüz?
- Hamıda səhv olur. Ancaq səhvimi burda açıqlaya bilmərəm.
 
- Oyundan sonra Ayxan Abbasovla nəyisə uzun-uzadı müzakirə etdiniz...
- Sadəcə, təbrik etdim. Bir də soruşdum ki, oyunun sonlarında yerdə uzanıb qalan futbolçunun vəziyyəti necədi.
 
- Bu, “Zirə”nin vaxtı uzatmasıyla bağlı atmaca idi?
- Yox (gülür), belə deyildi. Belə olsa da, bu, futboldu. Sən məğlub vəziyyətə düşüb, rəqibə bu cür hərəkətlər etməyə imkan verməməlisən. Rəqib də qalib gəlmək istəyir. Buna görə, onları başa düşmək olar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31