17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “Deməli, nəsə dəyişib”

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz”  doğma meydanda AZAL-la 1:1 bərabərə qalıb. 
 
Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərhə edib: “Nəticə oyuna görədi. Hansısa komanda bir səhv etsəydi, qalib gələcəkdi. Oyunun sonunda qol vurduğumuza görə futbolçulara təşəkkür edirəm. Komandamızın son dəqiqədə qol vurması məni sevindirdi. Çünki biz əvvəlki oyunlarda son dəqiqələrdə qol vurmaq əvəzinə, qollar buraxırdıq. Bu gün hesabda geri düşdüksən sonraqol vurduqsa, deməli, nəsə dəyişib. Bu gün hər iki komanda mübarizə aparırdı. Belə meydançada futbol oynamaq kişilik, mərdlik tələb edir ki, bunu hər iki komandanın futbolçuları bacardılar”.  
 
Əhmədov komandasının heyətində bəzi futbolçuların hazırlıq baxımından problemi olduğunu vurğulayıb: “Bildiyiniz kimi, millinin oyununu görə təqvimdə dəyişikliklər olub. Bu zamanda zədəlilərimiz və fiziki durumu zəif olan futbolçularımızı qazanmağa çalışacağıq. Hazırda Bəxtiyar Soltanovun fiziki durumu yaxşı deyil, uzun müddətdi futbol oynamırdı. Rəşad Abdullayevin adını bu gün iştirak ərizəsinə daxil etməmişdik. Amma yaxın günlərdə onların xidmətindən istifadə edəcəyik .İnşallah çalışacağıq ki, bu gün qazandığımız  1 xalın davamını gətirək”.
 
Çalışdırıcı “Kəpəz”in stadionunun durumundan danışıb: “Demirəm ki, meydançanın durumu yaxşı olsaydı, biz qələbə qazanacaqdıq. Bunu əvvəldən demək olmaz. Hər iki komandanın heyətində təcrübəli futbolçular var. Məsələn, danışaq “Kəpəz”in futbolçudu Dario Frederikodan...İstədiyini meydanda edə bilməməsi onun psixoloji durumuna təsir edir. Bizim  dövrdə “Kəpəz”in stadionu ən ideal meydançalardan biri idi. Futbolçularıma da bunu demişdim ki, biz vaxtıilə belə oynamışıq və meydançanın durumu bəhanə olmamalıdır. Peşəkar futbolçu hər bir problemə hazır olmalıdır”.
 
Mütəxəssis komandasının turnir cədvəlinin son pillədən qurtulmasının çətin olduğunu, amma bunun üçün çalışacaqlarını vurğulayıb: “Premyer Liqada yuxarı pillələrə yüksəlməyimiz çətin məsələdir. Özümüzdən 1 pillə yuxarıda olan komanda ilə xal fərqimiz yüksəkdir.  Bunu etmək üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmaq lazımdır. Amma bizim qarşıda “Qəbələ” və “Qarabağ”la oyunlarımız var. Bizim üçün nə qədər çətin olsa da, çalışacağıq” (Futbol11.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30