19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qriqorçuk: “Bu bizə müəyyən çətinliklər yaradır”

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “İnter” doğma meydanda “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərhə edib:
 
- Əsas olan nəticə idi, onu da əldə etdik. Birinci hissənin əvvəlində bilmirəm nədən, tələsik qərarlar qəbul etdik. Ancaq ikinci hissədə oyunumuzu düzəltdik və qalib gəldik.
 
- Düşünmürsüz ki, ilk yarıda komandanın oyununun alınmamasında “Qarabağ”ın “Sumqayıt”a qalib gəlməsi rol oynadı?
- Belə düşünmürəm. Bəlkə də, “Qarabağ”ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.
 
- Artıq ikinci oyundu ki Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurdu. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?
- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.
 
- Rasim Ramaldanovun durumu necədi?
- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmasın.
 
- Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?
- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədi. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.
 
- Futbolçuların milliyə dəvət olunması növbəti oyununun hazırlığına təsir etməyəcək ki?
- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30