28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurtarın bu komediyanı! YAZI

Günün mövzusu “Qəbələ”nin cəriməsi, cəzalanan əməkdaşlarıdı. Hər şey buna doğru gedirdi deyə, “qırmızı-qaralar”ın bir neçə rəsmisinin eyni anda cəzalanmasında sürpriz heç nə yoxdu.

Həmin anda hadisə yerində olmadığımızdan kimin günahkar, kimin günahsız olduğunu demək çətindir. Amma istənilən halda bu cəza çox ağırdı. Dolların kəllə-çarxa çıxdığı, manatın dəyərini itirdiyi dövrdə 38400 manatlıq cərimə olar?

Günahkarlar varsa, cəzalanmalıdı. Bu, şübhəsizdir. Məsələnin bir tərəfi də odur ki, “Qəbələ”ni bu qəsdən həddə çatdırırlar. Axı nə qədər hakim səhvi olar? Söhbət təkcə “Kəpəz”lə oyundan yox, ümumi vəziyyətdən gedir.

Düzdür, bu mövsüm ən çox hakim səhvinə görə xal itirən “Neftçi”dir. Sadəcə “ağ-qaralar” cari mövsüm çempionluq uğrunda mübarizə aparmırlar deyə, hakimliklə bağlı ciddi şəkildə etirazlarını bildirmirlər. “Qəbələ” üçün isə hər xal qızıla bərabərdi. Üstəlik, “Qəbələ”nin iştirakı ilə keçirilən oyunlardakı hakim səhvləri ötən il də olmuşdu. Xatırlayırsınızsa, Gəncədə Nika Kvekveskiriyə verdiyi qırmızı vərəqə ilə aləmi bir-birinə qatan Əliyar Ağayev ötən mövsüm “Qəbələ”nin oyunundakı səhvinə görə rəsmi şəkildə üzr istəmişdi. Belə çıxır ki, hakim olmağa nə var, “səhvdi də elədim, üzr istəyirəm” deyib, mövzunu bağlayırsan. Bəs itirilən xal(lar)ı kim qaytaracaq? Axı hakimin 1 səhv qərarı mövsüm boyu çəkilən əziyyəti yerə vurur, onlarla insana həm maddi, həm də mənəvi cəhətdən ziyan verir.

“Qəbələ”yə qarşı belə münasibət yaxşı heç nə vəd etmir. İllərdi Azərbaycan futbolunu məhvə sürükləyən, faydasından çox ziyanı olan AFFA bu gedişlə daha bir iddialı klubun axırına çıxacaq. "Bakı", "Xəzər Lənkəran", “Araz Naxçıvan” və digərləri kimi "Qəbələ" rəhbərliyini də futboldan iyrəndirməyin.

Futbolla nəfəs alan cənub zonası futbolsuz qalıb. O cür bazası, akademiyası, onlarla yetirməsi olan “Bakı” gününü həvəskarlar liqasında keçirir, Naxçıvan kimi bölgənin komandası çempionatdan çəkilir. Bunun əsas günahkarı isə AFFA-dır. Çünki federasiyanı idarə edənlər başda Rövnəq Abdullayev olmaqla çoxlarını aldadırlar. Nə qədər yalandan Azərbaycan futbolundakı inkişafdan, şəffaflıqdan danışmaq olar? Aşağı yaş qrupları üzrə millilərimizin məşqçiləri “oyunçu yoxdur” deyə qan ağlayırlar, Premyer Liqada oynamağa 8 klub güclə tapılır, I divizion açıq bazarı xatırladır. Budur inkişaf?  

“Qəbələ” də çempionatdan çəkildi, sonra sıra kimə çatacaq? "Qarabağ"a? Müşahidə Şurası olmadan olmaz???

Qurtarın bu komediyanı. Yoxsa yaxın gələcəkdə Azərbaycan yenə futbolsuz qalacaq...

P.S. Sıravi azarkeşlər tanımasa da, ən azından biz bu gün 10 oyunluq cəzalanan Səməd Nəsibovu yaxşı tanıyırıq. Son vaxtlar istər stadionlarda, istər sosial şəbəkədə aqressiv görünürdü. Amma Nəsibov daim sakit xarakterli, dünya görüşü, intelekt səviyyəsi yüksək olan biri kimi tanınıb. Səməd də əsəblərinə hakim ola bilmirsə, deməli onu bu həddə çatdırıblar. O da hakimə qarşı qeyri-etik ifadə işlədirsə, əl qaldırmağa cəhd edirsə, deməli hakimliklə bağlı dəyişikliklər etməyin vaxtıdı... 

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31