20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Şəmkir”i azarkeşlərinə görə cərimələdilər

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda Azərbaycan I Divizionunun XIV turundan təxirə salınmış oyunlarla bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Səbail” – “Mil-Muğan” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Energetik” – MOİK matçının 20-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Tural Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
“Şahdağ” – “Zaqatala” matçının 81-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. 
 
Komitə I Divizionun XVII turundan 1 oyunla bağlı da qərar verib. Belə ki, “Şəmkir” – “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində ev sahibi komandanın azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimələnib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30